Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Autizm nədir?

Autizm nədir?

 

Autizm - anadangəlmə və ya həyatın ilk illərində meydana çıxan, sosial, fiziki və zehni inkişaf problemləri ilə görünən qarışıq bir nevroloji inkişaf pozulmasıdır

Yenixeber.org:   Autizm diaqnozu nevroloqlar və psixiatrlar tərəfindən qoyulur və müalicə edilir. Yaranma səbəbləri məlum deyil. Genetik olduğu düşünülməkdədir. Autizm - Autizmin spektr pozuntuları arasında daha çox rast gəlinənlərdəndir.

Autizmin spektr pozuntularının növləri:
 - Autizm
 - Asperger sindromu
 - Rett sindromu
 - Uşaqlıq dezinteqrativ pozuntu
 - Atipik autizm r

Autizmli uşaqlarda daha çox rast gəlinən əlamətlər:
 - Başqalarıyla göz təmasının olmaması və ya zəif olması;
 - Adını çağırdıqda baxmaması və reaksiya verməməsi;
 - Söylənənləri eşitmir kimi davranması;
 - İstədiyi şeyi barmağıyla göstərməməsi;
 - Oyuncaqlarla oynamağı bacarmaması;
 - Uşaqlarla oynamağa maraq göstərməməsi, uşaq dostlarının az olması və ya olmaması, öz yaşıdlarıyla oynamamaq, daha çox özündən kiçiklərlə oynamağa meyil göstərməsi;
 - Xəyali oyunları (oyuncaqlarla evcik oyunu, məktəbli oyunu, həkimlik oyunu) oynamamaq;
 - Bəzi sözləri təkrar-təkrar söyləməsi (exolaliya), uyğun olmayan sözlərin yersiz istifadə etməsi;
 - Səbəbsiz ağlama və gülmə;
 - Sallanmaq, çırpınmaq kimi qəribə hərəkətlər etməsi;
 - Öz bildiyi kimi davranması, həddən artıq hərəkətlilik;
 - Gözlərini bir nöqtəyə zilləməsi;
 - Oyuncaqları döndərməsi, sıraya düzməsi;
 - Jest və mimikanın az olması;
 - Təkliyi xoşlaması;
 - Çox yavaş yeriməsi, barmaq ucunda yeriməsi, dönmə hərəkətləri etməsi;
 - Əlinə aldığı bir şeyi iyləməsi;
 - Hərəkət edən əşyalara, ventilyatora, fırlanan təkərə, axan suya, yanıb sönən işığa uzun müddət baxması;
 - Ağrıya qarşı laqeyd olması;
 - Səslərə qarşı həddən artıq həssas reaksiya verməsi və ya laqeyd olması;
 - Ehtiyacını ifadə etməməsi, hərəkətlərlə bildirməsi;

Bu əlamətlərin bir neçəsi uşağınızda müşahidə olunursa həkimə müraciət olunmalıdır. Erkən vaxtda diaqnoz qoyulmasının çox böyük əhəmiyyəti var.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam