Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Palmali"dən "Ağsu"nun həbs edilməsi xəbərinə- Reaksiya

"Palmali"dən "Ağsu"nun həbs edilməsi xəbərinə

 

 

Bəziləri sanki pusquda dayanmış kimi ən adi prosedur qaydalarını problem olaraq qabardıb, şirkətin adına xələl gətirmək niyyətini güdürlər

 

Yenixeber.org: Bu sözlər "Palmali" Şirkətlər Qrupunun Bakı ofisindən şirkətə məxsus gəminin saxlanılması ilə bağlı xəbərə cavabda əksini tapıb. Məlumatda bildirilir ki, Palmali Dənizçilik Şirkətinə (Palmali Shipping Company) məxsus "Ağsu" yük tankerinin Danimarkanın Kalundborg limanında saxlanılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:

“Ağsu" adlı gəmi Rusiya bayrağı altında üzür. Avropa Birliyi ölkələrinin sanksiyalarına görə, bu ölkənin bayrağı altında üzən gəmilər daha ciddi yoxlanışdan keçir. O cümlədən şirkətimizə məxsus gəmi də standartlara uyğun olaraq adi yoxlanış nəzarətindən keçir. Bunu gəminin saxlanılması kimi ifadə etmək çox gülüncdür. "Pal shipping trader three" şirkətinin mülkiyyətində olan gəmidə texniki çatışmazlıqların olması səbəbindən saxlanılması, "Ağsu" tankerinin səfərə çıxmasına qadağa, gəmiyə həbs qoyulması barədə sənəd tərtib edilməsi xəbərlərinin heç biri həqiqətə uyğun deyil”.

Qeyd edək ki, dünən Türkiyənin “Dəniz xəbər” agentliyi Palmali Dənizçilik Şirkətinə (Palmali Shipping Company) məxsus "Ağsu" yük tankerinin Danimarkanın Kalundborg limanında saxlanılması ilə bağlı məlumat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam