Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

“Palmali”nin Bakı ofisi bağlanır? - AÇIQLAMA

palmaliŞirkətin rəsmisi məsələ ilə bağlı açıqlama verib.

Xeberinfo.com:  Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali Şirkətlər Qrupu”nun Azərbaycan nümayəndəliyinin Bakının Məmməd Araz küçəsində yerləşən baş ofisində bayraqlar endirilib, şirkətin adını əks etdirən hərflər isə xeyli müddətdir ki, sökülüb.

Bu isə öz növbəsində “Palmali”nin Bakı nümayəndəliyinin fəaliyyətini dayandırması barədə məlumatların yayılmasına səbəb olub.

Bu məsələ ilə bağlı şirkətin Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlanıb.

O bildirib ki, “Palmali Şirkətlər Qrupunun” Bakı ofisinin bağlanılması ilə bağlı yayılan şayiələr kökündən yanlışdır.

H.Cəbrayıloğlu qeyd edib ki, şirkətin Bakıda yerləşən baş ofisində bayraqların endirilməsi isə şirkətin ofislərinin yerlərinin dəyişdirilməsi ilə bağlıdır.

“Palmalinin Şirkətlər Qrup”nun Bakı ofisinin bağlanılması isə bağlı yayılan iddialar isə ümumiyyətlə düzgün deyil”, – deyə mətbuat xidmətinin rəhbəri bir daha vurğulayıb.

O həmçinin qeyd edib ki, şirkətin Bakıda müxtəlif yerlərdə bir neçə ofisi yerləşir.

“Şirkətin gələcək məqsədlərindən biri də Bakıda işləri daha da genişləndirməkdir”, – deyə H.Cəbrayıloğlu bildirib.

Qeyd edək ki, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali Şirkətlər Qrup”nun baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşir. (oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam