Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Siqaretin qiyməti artmağa başladı– Səbəb

 

Son günlər bəzi köşklərdə siqaretlər əvvəlki qiymətindən 20-30 qəpik baha qiymətə təklif edilir. Satıcılar iddia edir ki, tütün məmulatlarına aksiz rüsumunun artırılması siqaret qiymətlərinə artıq təsir etməyə başlayıb. Maraqlıdır ki, supermarketlərdə belə artım hələlik müşahidə edilmir

 

Yenixeber.org: Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əslində bu gün marketlərdə, köşklərdə satışda olan siqaret məhsulları əvvəlki dövrdə, yəni rüsumlar artmadan öncə ölkəyə gətirilib:

“Ona görə də böyük mağazalarda indidən qiymət artımının müşahidə olunması mümkün deyil. Yanvar ayının ikinci yarısından etibarən spirtli içki və tütün məmulatlarının qiymətlərində cüzi artımların olacağını isə müşahidə edəcəyik. Çünki Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarında etdiyi dəyişiklikdən sonra bu məmulatların gömrük rüsumları da artırılıb. 1000 qutu siqaretə tətbiq edilən gömrük rüsumunun artması onun xərcinin və qiymətinin artmasına da gətirib çıxaracaq”.

V.Bayramovun sözlərinə görə, ancaq daxili istehsala yeni vergilər tətbiq olunmadığı üçün iqtisadi baxımdan yerli istehsalda qiymət artımları üçün zəmin yoxdur.

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarında dəyişiklik edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam