Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Razin stansiyası” Elnur Aslanovdan alınıb 1 milyona satılıbmış-Reportaj

 

30

Yenixeber.org:  Bakının Sabunçu rayonunda “Razin stansiyası” adla tanınır. Bu stansiya sökülsə də, yerində tikinti işləri aparılsa da, şəhərdə yaşayanlar bir-birinə görüş ünvanı olaraq hələ də “stansiya Razinin qabağına gəl” deyirlər.

Bu yerin strateji əhəmiyyəti də varıydı, Bakıxanov metrostansiyası tikiləcəyi nəzərdə tutulmuşdu. Hələ o zaman Bakı metrosunun rəisi Tağı Əhmədov idi.

Sabunçu Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildirilmişdi ki, həmin ərazi sökülərək genişləndirilir.

Söküntü işləri başa çatandan sonra ərazidə park salınacaq. Bundan başqa həmin ərazidə tikilməsi nəzərdə tutulan metronun “Bakıxanov stansiyası” üçün torpaq sahəsi ayrılır.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva o zaman demişdi ki, “Bakıxanov” stansiyasının tikintisi gələcəkdə nəzərdə tutulub. Bakıxanov qəsəbəsində stansiya üçün torpaq sahəsi ayrıla bilər, ancaq tikinti işlərinə başlanmayıb.

Ancaq Sabunçuya icra başçısı təyin olunan Adil Vəliyev “Razin stansiyası”nda olan köşkləri, kafeləri, piştaxtaları sökdürüb massivi satdı.

İşin qəribə tərəfi budur ki, hələ 2015-ci ildə bu yerdə “Rahat” market tikilməsinə başlanmışdı.

Qarşısında böyük lövhə vurulub, tezliklə açılacağı elan edilmişdi. Uzun müddət o lövhə mühasirə alınmış ərazinin hasarından göz deşirdi.

İddialara görə, o dövrdə “Rahat” marketlər şəbəkəsi Prezident Administrasiyasının sabiq şöbə müdiri, nurçu qalmaqalından sonra istefaya göndərilən Elnur Aslanova məxsus idi.

Ancaq Bakıxanov qəsəbəsinin mərkəzi yerlərindən sayılan bu ərazini alanlar ticarət mərkəzi, restoran, klinika və s. iaşə obyektləri inşa edirlər.

Həmin lövhə də götürülüb, “Rahat” market elanı da arxivə gedib. Belə məlum olur ki, “Rahat” market layihəsi baş tutmayıb. Öyrəndiyimiz son məlumata görə, əraziyə 1 milyon verilibmiş.

Sakinlər isə bildirirlər ki, stansiyanın yerində nə klinikaya, nə ticarət mərkəzinə, nə də supermarketə ehtiyac var. Yunis Cəfərov/AzEuroNews.com/ 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam