Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azadlıq prospektinin təmir olunan hissəsi istifadəyə verildi– FOTO

Azadlıq prospektinin təmir olunan hissəsi istifadəyə verildi

 

 

Azadlıq prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsindən Biləcəri-Baksol yolunadək olan hissəsi təmirdən sonra istifadəyə verilib

 

Yenixeber.org: “Azəravtoyol” ASC-dən  verilən məlumata görə, prospektin sözügedən hissəsinin uzunluğu 1.6 km, ortalama eni isə 20 m-dir. Yol 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarətdir.

Əsaslı təmir işləri çərçivəsində yolun köhnə-asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Əvəzinə yeni, yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə Azadlıq prospektinin sözügedən hissəsinin 30 min m2 sahəsi asfaltlanıb.

Bundan başqa, aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları yenilənib.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.

Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılıb. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, bundan öncə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan 1.6 km-lik hissəsində təmir-tikinti işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmışdı. Sözügedən hissədə bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz hərəkət təmin olunaraq, müasir infrastruktur yaradılaraq  vətəndaşların istifadəsinə verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam