Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda daha bir küçə təmirə bağlandı– FOTO

Bakıda daha bir küçə təmirə bağlandı

 

 

Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin təmiri işlərinə başlanılıb

 

Yenixeber.org: “Azəravtoyol” ASC-dən verilən məlumata görə, uzunluğu 820 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 14 metr təşkil edir.

Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə 12 sm qalınlığında olmaqla, yolun 12 min m2 ərazinin asflatlanması nəzərdə tutulub.

Bundan başqa, küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülür. Təmir işləri çərçivəsində küçə boyu 1150 p/metr yeni səki daşları düzüləcək.

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlıqları qoyulacaq, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılacaq.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, piyada keçidi zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam