Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan İrana 500 milyon dollar kredit ayırmağa razılıq verdi–Saziş Tehranda imzalanacaq

Azərbaycan İrana 500 milyon dollar kredit ayırmağa razılıq verdi

 

Azərbaycan və İran "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu məntəqəsinin tikintisinin maliyyələşdirilməsi şərtləri haqqında razılığa gəliblər

 

Yenixeber.org: Bu barədə İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə baş direktoru Hüseyn Yaqubi bildirib. Onun sözlərinə görə, İran Mərkəzi Bankının, İqtisadiyyat və Maliyyə Nazirliyinin, eləcə də "İran Dəmir Yolları"nın nümayəndələri ötən gün Bakıdakı görüş zamanı azərbaycanlı həmkarları ilə dəmir yolunun tikintisi üçün kredit ayrılması şərtləri barədə razılığa gəliblər: "Azərbaycan tərəfi 164 km uzunluğunda dəmir yolunun tikintisinə 500 milyon dollar məbləğində kredit ayrılmasına razılıq verib".

H.Yaqubi deyib ki, kredit sazişinin rəsmi imzalanması mərasimi yaxın gələcəkdə Tehranda keçiriləcək.

 

Xatırladaq ki, İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian yüksək səviyyəli nümayəndə heyəti ilə oktyabrın 26-da Bakıya səfərə gəlib. Qeyd edək ki, Rəşt-Astara dəmir yolu məntəqəsi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanın, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsinə hesablanmış "Şimal-Cənub" nəqliyyat dəhlizinin mühüm hissəsidir. İlk mərhələdə dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam