Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

ABŞ Ukraynaya ölümcül silahlar verəcəkmi?-TƏFSİLAT

         Vaşinqtonun cəsarətli addımı MDB məkanını Moskvanın inhisarından çıxara bilər

 

Yenixeber.org: Rusiya 2014-cü ildə Ukraynanın torpaqlarını işğal etdikdən sonra ABŞ Moksvaya tətbiq etdiyi sanksiyalarla bərabər Ukrayna ordusuna müxtəlif dərəcələrdə yardım göstərir. Bununla bağlı Ukrayna ordusuna strateji və taktiki səviyyədə islahatların aparılmasına dəstək, habelə Ukrayna əsgərlərinin hazırlanması, o cümlədən hərbi texnika ilə təchiz edilməsi üçün 750 milyon dollarlıq proqram işlənib hazırlanıb. Lakin Ukrayna ordusuna verilən silahlar hücum və öldürücü xarakterli olmayıb, əsasən köməkçi və özünümüdafiə xarakteri daşıyır.

 

ABŞ-ın “Christian Science Monitor” qəzetinin yazarı Ceyson Tomsonun yazdığına görə, Vaşinqtonda küləklər dəyişib, indi burada Ukraynaya tam hərbi dəstək verilməsinin zərurəti barədə səslərin sayı çoxalıb. Maraqlıdır ki, Rusiya ilə yaxınlıq ittihamlarına rəğmən Ukraynaya ölümcül silah verilməsi təklifinə qəti surətdə qarşı gələn Tramp deyil, rusların özlərinə düşmən saydığı Obama administrasiyası olub. Bu planın əleyhinə çıxanlar ABŞ-ın belə bir addımla münaqişəni daha da alovlandıracağı düşüncəsindədirlər.

 

trump ukrain ile ilgili görsel sonucu

 

“Nyu York şəhər kolleci”nin professoru, politoloq Racan Menonun fikrincə, Obama administrasiyası ABŞ-dan 9600 km aralıda yerləşən və Rusiya ilə 2000 km sərhəd uzunluğuna malik Ukraynaya bu cür silahların verilməsini mənasız və təhlükəli hesab edib. Lakin Tramp administrasiyasında məsələni əks yöndən həllini fikirləşənlərin sayı çoxdur. Onlar Moskvanın aqressiv siyasətinə eyni metodlarla cavab verilməsinin tərəfdarıdırlar.

 

Bu yaxınlarda Kiyevdə kameraların qarışısına keçən ABŞ müdafiə naziri Ceyms Mettis ölümcül silahların heç bir eskalasiyaya yol açmayacağını bildirib: “Müdafiə xarakterli silahların təcavüzkar olmayan dövlətin əlində olmasının ziyanı yoxdur. Ukrayna isə nəinki təcavüzkar deyil, hətta öz ərazisində xarici işğalçıya qarşı mübarizə aparır”.

 

“Biz ukraynalıları silahlandırmağa çox yaxınıq”, - ABŞ-ın mühafizəkar Heritage Foundation təşkilatının nəznində “Ellison xarici siyasi araşdırmalar mərkəzi”nin direktoru Lyuk Koffi qeyd edib. “Lakin administrasiya bilməlidir ki, bu panaseya (hər bir dərdə əlac olan dərman-red.) deyil. Silah sadəcə Rusiyanın təcavüzünə qarşı mübarizə üsullarından biridir”, - Koffi əlavə edib.


Ceyson Tomsonun məqaləsində ABŞ Senatının silahlı qüvvələr üzrə komtəsinin 2018-ci il büdcə ilində müdafiə xərcləri haqqında qanun layihəsini qəbul etdiyi qeyd olunur. Həmin layihəyə görə, Vaşinqton ölümcül silahlar da daxil olmaqla Ukraynaya 500 milyon dollar məbləğində hərbi yardım göstərməlidir.


Əlbəttə, burada söhbət tankların və ya hərbi təyyarələrin verilməsindən getmir. Ekspertlərin rəyinə görə, layihədə rusların da olduqca çəkindiyi, dünyada tank əleyhinə ən yaxşı vasitə sayılan “Javelin” (Cavelin oxunur-red.) raket kompleksinin verilməsi nəzərdə tutulur.
Özü də bu kompleks məhz müdafiə xarakteri daşıyır.

 

Javelin ile ilgili görsel sonucu

 

“Əgər biz ukraynalıları “Javelin” kimi silahlarla təchiz etsək Ukrayna ordusu başını alıb Moskvaya doğru üz tutan deyil”, - əvvəllər ABŞ-ın Ukraynadakı səfiri olmuş, hazırda Brukinqs institutunun böyük elmi işçisi Steven Payfer qeyd edib. Payferin sözlərinə görə, ukraynalılar özləri də yalnız “Javelin”lərlə nə ruslara qalib gələcəyini, nə də onları Donbasdan qovacaqlarına inanırlar.

Beləliklə, “Javelin”lərin verilməsində əsas məqsəd ukraynalıların müdafiə qabiliyyətlərinin möhkəmləndirilməsindən ibarətdir.

“Ruslar Ukraynada verilən itkilərə olduqca həssas yanaşırlar. Bu silah isə düşmənə kütləvi tələfat verməyə qadirdir”, - əvvəllər ABŞ-ın Avropadakı qüvvələrinin baş komandanının baş müşaviri işləmiş, hazırda Atlantika şurasının elmi əməkdaşı Evelin Farkas qeyd edir.

 

Ortaya daha böyük kartlar qoyulub

 

“Əsas siyasi dəyər Qərbin Ukraynaya arxa çıxmasından ibarərtdir”, - ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələri üzrə köməkçisi Lora Kuper qeyd edir.

 

abş ukrayna silah ile ilgili görsel sonucu

 

Qərb analitiklərinin fikrincə, Rusiya mövcud dünya düzəninə qarşı bir çox cəbhələrdə savaş açıb. Onların qənaətinə əsasən, 2008-ci ildə Rusiyanın Gürcüstan torpaqlarını işğal etməsinə edilən gözyummalar 2014-cü ildə Ukraynadakı vəziyyətə gətirib çıxarıb. “İndi Moskvanın harada duracağını bilən yoxdur”, - məqalədə qeyd olunur.

Ukraynaya silah verilməsinə qarşı çıxanların arqumenti də bundan ibarətdir. “Əsas problem Putinin Ukrayna ilə Qərb və ABŞ-dan daha çox maraqlanmsı ilə bağlıdır. Buna görə də, o, heç bir xərc, maddi-texniki yardımdan çəkinməyəcək”, - 2014-2017-ci illərdə Milli Təhlükəzislik Şurasının Avropa məsələləri üzrə direktoru işləmiş, Çarlz Kupçan məqalə müəllifinə bildirib.


Qarşı tərəfin cavabı olduqca sadədir: “Ruslar onsuz da Ukraynanın şərqini ağla gələn bütün silahlarla doldurub”. “Rusiya orada təpədən dırnağa qədər silahlanan ordu saxlayır. Onların bir nüvə silahı çatışmır. Bundan başqa nə olmalıdır ki...” Lyuk Koffi ritorik sualla əks arqument gətirir.


Hər halda, ekspertlərin gəldiyi ümumi rəyə görə, ABŞ-ın Ukraynaya edəcəyi tam həcmli hərbi yardım MDB məkanında bir çox məsələləri kökündən dəyişdirməyə qadir, cəsarətli addım sayılacaq. (musavat)


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr