Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

Dövlət İqtisad Universitetinin rektoruna şərt qoyuldu-bütün müəllimlərdən üzr istəməlisiniz…

 

image here


Şikayətçi müəllimlər: «Prezidentə yalan təqdimat yazıb bir saat da dərs deməmiş Əvəz Ələkbərova «Əməkdar müəllim» adı verdirdiyinizə görə bütün müəllimlərdən üzr istəməlisiniz…»

Yenixeber.org:Bir müddətdir ki, «Təzadlar»a Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı qalmaqallı şikayətlər daxil olur. Səmimi olaraq deyək ki, ADİU-da aparılan islahatları, tədrisin keyfiyyəti ilə bağlı digər tədbirləri və s. nəzərə alaraq indiki məqamda belə qalmaqalları ictimailəşdirmək istəməmişik… Baxmayaraq ki, rektor Ədalət Muradov özü bir müddətdir ki, sabiq rektor, millət vəkili Şəmsəddin Hacıyevlə torpaq intriqasında baş sındırır. İş o yerə çatmışdır ki, Ə.Muradov keçmiş rektoru məhkəməyə verdi, adı bəlli torpaq sahəsini ondan geri almaq istədi, lakin bütün instansiya məhkəmələri Ədalət Muradovun haqsız olduğunu ortaya qoydu. Amma…

                                   

 

              Ədalət Muradov növbəti intriqa yuvası tapdı…

Məhkəmə çəkişməsində uduzan rektor bu dəfə Şəmsəddin Hacıyevin rektor işlədiyi bir dövrün yoxlanılması üçün Baş Prokurorluğa və Hesablama Palatasına müraciət etdiyi bildirilir… Və belə də olur. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluqdan "Təzadlar"a verilən rəsmi məlumatda bildirilirdi ki, ilkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir…

 

Prorektor Damət Bağırovun cavabdehlik daşıdığı və imzalarının keçdiyi korrupsiya?

Maraqlıdır ki, Baş Prokurorluğun da məlumatında yer alan dövrün bütün maliyyə sənədlərində məhz hazırda da Ədalət Muradovun prorektoru işləyən Damət Bağırovun imzasının keçdiyi bildirilir… Mənbə deyir ki, uzun illərdir, daha dəqiqi, 2010-cu ildən ADİU-da çalışan Damət Bağırov indinin özündə də rəhbərliyin bütün maliyyə işlərinə nəzarət edir, əmək haqqı və s. sənədlərdə onun imzası keçir. Elə isə, adam şübhələnməyə bilmir ki, bəlkə məqsəd elə adı çoxdandır KİV-də dolaşıq məsələlərdə hallanan Damət Bağırovu son anda qurban verməyə hesablanıb?! Hər halda, hazırkı rektorun hərəkətlərindən bunu sezmək olar. İkincisi də, əgər ortada torpaq intriqasının məqsədləri durmursa, niyə Baş Prokurorluğun araşdırma apardığı bir vaxtda Ə.Muradova yaxınlığı ilə seçilən KİV-lərdə birdən-birə sabiq rektor Şəmsəddin Hacıyevin əleyhinə yazılar dərc olunur, ailə üzvlərinin adı hallandırılır, hətta onun həbs ediləcəyi hədələri və təhdidləri qabaqlayıcı məlumat kimi dövriyyəyə atılır? Bunların arxasında kimin dayandığı da aydındır… Belə oyun, daha dəqiqi, intriqa qaydaları olmur axı…

«Prezidentə yalan təqdimat yazıb bir saat da dərs deməmiş Əvəz Ələkbərova «Əməkdar müəllim» adı verdirdiyinizə görə bütün müəllimlərdən üzr istəməlisiniz…»

Təbii ki, belə intriqalar «…çox su aparan» olur deyə, keçək mətləbə. Bu gün «Təzadlar»a bir qrup ADİU müəllimləri adından yazılmış müraciət daxil olub. Müraciətdə olduqca ciddi, həm də məsuliyyətli bir məsələyə toxunulur… Söhbət cənab Prezident İlham Əliyevin bu ilin iyulun 20-də ADİU-nun kafedra müdiri, sabiq maliyyə naziri Əvəz Ələkbərova «Əməkdar müəllim» Fəxri adının verilməsi barədə sərəncamından gedir… Müraciət geniş olduğundan az sonra təqdim ediləcək. Hələlik isə, qısa sitatlarla kifayətlənək. Müraciət Prezident İlham Əliyevə ünvanlıdır: «Cənab Prezident! Siz həmişə haqqın və ədalətin yanında olmusunuz. Amma Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun adı ilə əməli uyğun gəlmir. Belə ki, onun Təhsil Nazirliyinə göndərdiyi təqdimat əsasında ötən il tələm-tələsik kafedra müdiri təyin edilmiş sabiq maliyyə naziri Əvəz Ələkbərova «Əməkdar müəllim» Fəxri adı verildi. Təsəvvür edin ki, ADİU-da 1600-dən çox müəllim çalışır, onların böyük əksəriyyətinin 30, 40, hətta 50 il peşəkar müəllimlik stajı var. Amma onlar durra-dura universitetdə bircə saat belə dərs deməmiş Əvəz Ələkbərov birdən-birə «Azərbaycanın Əməkdar müəllimi» Fəxri adına layiq görülür. Ən maraqlıdır ki, sərəncamda protokol qaydalarına uyğun yazılıb ki, «…Ə. Ələkbərov Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib».
Cənab Prezident! Biz Sizə Əvəz Ələkbərovun tərcümeyi-halını göndəririk. Orada onun bircə saat belə bu universitetdə dərs dediyi yazılmayıb. Bəs necə olur ki, o, rektor Ədalət Muradovun təqdimatı əsasında bu fəxri adı alır?»
.

Müraciətin tam mətni az sonra dərc ediləcək. Adı çəkilən hər kəsi dinləməyə hazırıq. Bununla belə, Əvəz Ələkbərovun, Damət Bağırovun iş telefonuna dəfələrlə zəng etsək də cavab verilməyib…
Adil

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr