Yenixeber.org: Ukrayna Mlli Polisi Kirovoqrad vilaytində kriminal avtoritetlərə qarşı əməliyyat keçirib. Əməliyyat avtoritetlərin mütəmadi olaraq toplaşdığı "Şaşlıçnıy" kafesində baş tutub.

Məlumata görə, kafedə keçirilən görüşdə Kirovoqrad, Dnepropetrovsk və Nikolayev vilayətlərinin avtoritetləri iştirak edirmiş. Onların öz aralarında təsir dairələrini bölüşdürməklə bağlı müzakirələr apardığı deyilir.

Əməliyyat zamanı 27 kriminal avtoritet saxlanılıb. Saxlanılanların üzərindən tapança, avtomat və əl qumrabası kimi odlu silahlar çıxıb.

Məlumata görə, saxlanılanlar arasında azərbaycanlı kriminal avtoritetlər də var. Belə ki, Ukrayna polisi azərbaycanlılardan Nəcəb Əhmədovu, Əkbər Zeynalovu və Şükür Hümmətovu saxlayıb. Aydın (Qaynarinfo)