Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qubanın Qəçrəş kəndində yeni elektron ATS istifadəyə verilib

Qubanın Qəçrəş kəndində yeni elektron ATS istifadəyə verilib

 

Yenixeber.org: Quba rayonunun əsas turizm zonalarından sayılan Qəçrəş kəndində 256 nömrə tutumlu “KAREL” tipli yeni elektron ATS binası tikilərək istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti rayon ərazisində əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işləri davam etdirir. Həyata keçirilən işlər çərçivəsində Quba Telekommunikasiya Qovşağının xidməti ərazisindəki elektron ATS-lərin xətt şəbəkəsi texniki normaya gətirilir, köhnə avadanlıqlar yeni daha müasirləri ilə əvəz olunur, port tutumu və nömrə resursları artırılır.

Genişzolaqlı internetə olan tələbatı nəzərə alaraq kənd elektron ATS-lərində də mövcud port tutumunun artırılması üçün zəruri işlər görülür. Rayonun Güləzi, Hacıhüseynli, Küpçal, Rustov, Çiçi, Zərqova, Alekseyevka kəndlərinin elektron ATS-lərində ən son texnologiyaya əsaslanan internet avadanlığı olan DSLAM (Digital Subscriber Line Access Multiplexer - Rəqəmli Abunəçi Çıxış Multipleksoru) quraşdırılıb.

Həyata keçirilən işlərin nəticəsi olaraq Quba rayonu üzrə internet istifadəçilərinin sayı 30 faiz artıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam