Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Asif Ağayevin bu kənddən xəbəri yoxdursa...- Şamaxını necə idarə edir?

 

Şamaxının Keçməddin kənd sakinləri mayın 16-dan qorxu, təşviş içərisində yaşayır.

Yenixeber.org: BakuPost.az-a verilən xəbərə görə, kəndə gələn sel və uçqun camaatın mal-qarasını, təsərrüfatını böyük ziyan vurub. 
Kənd camaatının sözlərinə görə, sel az qala evlərini yuyub aparsın. Mayın 16-dan kəndin yolları elə bir fəlakətli vəziyyətə düşüb ki, cəmi bir "UAZ” onları Şamaxının mərkəzinə aparıb gətirir. 

Bu dözülməz vəziyyətə görə keçməddin sakinlərinin əksəriyyəti ev-eşiyini tərk edib başqa kəndlərdə yaşayan qohumlarıgilə köçməli olublar. Kənddə qalan bir neçə evdir ki, onlar da növbəti selin gəlməsindən qorxurlar. 

İndiyə qədər yolların düzəldilmədiyini, bənd vurulmadığını deyən sakinlər Şamaxı Rayon İcra Hakimiyyətindən narazıdırlar. 
Onlar dəfələrlə Şamaxı RİH-nə müraciət ediblər. Amma heç bir tədbir görülməyib. Rayon icra başçısının müavini Qasım Qasımov şifahi şəkildə bildirib ki, büdcədə vəsait yoxdur. 

Keçməddin sakinlərinin rəsmi müraciətinə də RİH-də verilən cavab məktubunda qeyd olunub ki, hələlik büdcəyə bənd vurulması, yolların düzəldilməsi üçün vəsait ayrılmayıb. 
Onlara qeyri-rəsmi deyilib ki, gələcəkdə bu kənddə hotel tikilməsi, turizm şəraitinin yaradılması nəzərdə tutulub, o zaman kəndin yolları da sahmana salınacaq. 

Kənd camaatı isə növbəti dəfə sel və uçqun olsa, bu təbii fəlakətin həyatları bahasına başa gələcəklərini söyləyirlər. Onlar ən azı texnika göndərilməsini və bəndlər vurulmasını istəyirlər. 

Asif Ağayevin bu kənddən xəbəri yoxdursa... 
Asif Ağayevin bu kənddən xəbəri yoxdursa... 
Asif Ağayevin bu kənddən xəbəri yoxdursa... 
Asif Ağayevin bu kənddən xəbəri yoxdursa... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam