Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ərdoğan:"Türkiyə demokratiya yolunda addımlar atır, ölkədə ifadə azadlığı təmin edilir"

 

"Qərb sual verir ki, bu qədər adam niyə həbs edilib? Onlar bunu soruşunca ölənlərlə bağlı məlumat istəsinlər. Xeyli vətəndaşımız şəhid olub. Bunu soruşan yoxdur".

Yenixeber.org: "Report"un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan 15 iyul hadisəsi ilə bağlı təşkil olunan tədbirdə deyib. Türkiyə Prezidenti qeyd edib ki, 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhd edənlər arasında ölənlər olub: "Bunlar həmin an öldürülüblər. Yəni, əllərindəki silahla vətəndaşları öldürəcəkdilər. Qərb bizə deyir ki, qəzetçiləri həbs etmisiniz. Onlar qəzetçi deyillər, təxribatçılardır. Qərb niyə narahat olur ki? Biz əlimizdəki faktları təqdim etsək də, nəticə yoxdur. Bəs haradadır demokratiya? Türkiyə demokratiya yolunda addımlar atır, ölkədə ifadə azadlığı təmin edilir. Daha güclü Türkiyə yaratmışıq. İnsanı yaşat ki, dövlət yaşasın".

Ərdoğan vurğulayıb ki, Türkiyə terrorla ciddi şəkildə mübarizə aparır: "Sona qədər bu işləri davam etdirəcəyik. Nə əsgərlər, nə polis, nə də digər peşə sahibləri arasında ayrı-seçkilik edirik. Ölkədə Avropa standartları ilə deyil, özünəməxsus demokratiya yolunda addımlayırıq. Biz onlardan öndəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam