Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan Prezidenti: Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Fransanın səylərinə böyük ümidlər bəsləyirik

Azərbaycan Prezidenti: Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Fransanın səylərinə böyük ümidlər bəsləyirik

 

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronu təbrik edib.

Yenixeber.org: Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Biz zəngin ənənələrə malik Azərbaycan-Fransa münasibətlərinə xüsusi əhəmiyyət veririk. Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illik tarixi ərzində ikitərəfli münasibətlərimiz yeni məzmun kəsb etmiş, dinamik inkişaf yolu keçmişdir.

Bu gün siyasi, iqtisadi, mədəni əlaqələrimiz müvəffəqiyyətlə inkişaf edir və genişlənir. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud potensialından daha səmərəli istifadə etmək üçün birgə səylər göstərəcəyik.

Biz, həmçinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması, işğal nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam