Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Avropa Oyunları ilə bağlı yenilik:“Yol xərclərini Avropa Olimpiya Komitəsi öz üzərinə götürəcək”

andrey

II Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyi yer müəyyənləşib.

Xeberinfo.com:   Məlumata görə, 2019-cu ildə Belarusda təşkil olunacaq yarışa Minskin “Dinamo” stadionunda start veriləcək.

Bunu Minsk meri Andrey Şorets açıqlayıb.

Belarusun idman və gənclər naziri Aleksandr Şamko isə paytaxtının Avropa Oyunlarına hazırlığında böyük xərclərin tələb olunmadığını vurğulayıb: “Biz onsuz da planlarımızda olan infrastrukturu yekunlaşdırmalıyıq. Məsələn, “Dinamo” stadionunun rekonstruksiyası 2017-ci ili sonunda başa çatmalıdı. Ümumilikdə, yarışlar tək Minskdə deyil, şəhərdən kənarda da keçiriləcək. Paytaxt 12-14 idman növünə ev sahibliyi edəcək. Bunlar arasında avarçəkmə, döyüş növləri, bədii gimnastika və batutdan tullanma kimi növlər olacaq. Rəqəmlər, kəmiyyət dalınca qaçmayacağıq. Əsas keyfiyyət yarışın ürəklə təşkil olunmasıdı”.

Şamkonun sözlərinə görə, idmançıların bütün yol xərclərini Avropa Olimpiya Komitəsi öz üzərinə götürəcək: “Teleyayımla isə milli, beynəlxalq və Avropa olimpiya komitələrinin birgə layihəsi olan yeni televiziya məşğul olacaq. Xərclərin bir qismi qitə qurumunun üzərinə düşəcək. Ümumilikdə isə bu məbləğ 30-40 milyon edəcək”.

Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda keçirilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam