Bakı 2015-lə bağlı rəqəmlər açıqlandı
Bakı 2015 Avropa Oyunları ərəfəsində Atletlər Kəndində 80 min kiloqram qida məhsulu istehlakı gözlənilir.
"Xeberinfo.com": "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) ANS PRESS-ə verilən məlumata görə, Atletlər Kəndində 7351 yataq idmançıların istifadəsinə verilib. Atletlər Kəndində 1042 mənzil inşa edilib. Televiziyada 830 saat idman yarışları nümayiş etdiriləcək. Oyunlar ərəfəsində 253 medal mərasiminin keçirilməsi planlaşdırılır.
Avropanın bütün - 50 Milli Olimpiya Komitəsi Oyunlarda iştirak edəcək. İdmançılar, məşqçilər, rəsmilər və media nümayəndələrini yarışlara aparmaq üçün Oyunların rəsmi Marşrut Şəbəkəsində 47 kilometr yol uzunluğu istifadə olunacaq.
Bakıda (və Mingəçevirdə) 20 idman növü üzrə , o cümlədən, hal-hazırda olimpiya oyunları sırasına daxil olmayan basketbol 3x3, çimərlik futbolu, karate və sambo yarışları keçiriləcək. Oyunlar çərçivəsində yarışlara ev sahibliyi edəcək 18 obyekt istifadə olunacaq.
Bakı 2015-də 12 idman növü üzrə 2016 Rio Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı təmin ediləcək. Bu idman növləri: kamandan oxatma, atletika, boks, velosiped, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş olacaq.
Yarışlar başa çatdıqdan sonra 6 müvəqqəti yarış obyekti sökülərək ləğv ediləcək: Voterpolo Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, Triatlon, Velosiped şose yarışları, zamana qarşı yarış obyektləri.
Digər tərəfdən, Bakı 2015 Avropa Oyunlarına ev sahibliyi etmək üçün 5 obyekt inşa edilib: Milli Gimnastika Arenası, BMX Velopark, Bakı Su İdman Mərkəzi, Bakı Atıcılıq Mərkəzi, Olimpiya Stadionu.
Ümumilikdə, 24 medal olmaqla, güləş yarışlarının hər günündə 4 idmançı medalla təltif olunacaq. Yalnız üzgüçülükdə 42 medal veriləcək ki, bu da idman növləri arasında ən yüksək medal sayıdır.
1996-cı ildə keçirilən Atlanta Olimpiya Oyunlarından bəri Azərbaycan ümumilikdə 14 medal qazanıb ki, onlardan 4-ü güləşçilərimizin payına düşür.
Basketbol meydançasının hər iki tərəfində ( 5 oyunçu ənənəsindən kənar) 3 oyunçu olmaqla, keçirilən oyun Bakı 2015-də baş tutacaq. BBAF - bu idman növünü tənzimləyən təşkilat, basketbolun bu növünü Sinqapur 2010 və Nankin 2014 - Gənclər arasında Olimpiya Oyunlarına daxil edib.
Bakı 2015 Avropa Oyunlarında 2 nümayiş yarışı keçiriləcək. Biri 24-25 iyun tarixlərində şəhərin Fəvvarələr Meydanında keçiriləcək küçə atletika yarışı, digəri isə 27 iyun tarixində Bakı Su İdmanı Mərkəzində keçiriləcək sualtı üzgüçülük olacaq.
Atletika və çimərlik futbolu üzrə 1 medal veriləcək, bu Oyunlar çərçivəsində ən az medal sayılır.
Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarına ev sahibliyi edən 1-ci ölkədir. Avropa Oyunları Azərbaycandan sonra Niderlandda keçiriləcək.