Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dollar satanlar tutuldu -“Qara bazar”da əməliyyat

Xeberinfo.com:   Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu “qara bazar”da 135 min manata satan zaman saxlanılıblar.

Bu barədə DİN-nin mətbuat xidmətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs – Bakı şəhər sakini Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanılıb.

Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam