Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dollar alverçiləri tutuldu -DİN-dən əməliyyat

 

Xeberinfo.com:   Daxili İşlər Nazirliyi bəyan edib ki, ölkənin maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması üçün, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən məqsədyönlü və ardıcıl əməliyyat tədbirləri həyata keçirilir.

     
 Belə ki, son günlər əldə olunan əməliyyat məlumatları, eləcə də müxtəlif sosial şəbəkə və internet resurslarında Bakı Dəmir Yolu Vağzalının ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər barədə yayımlanan videomateriallar üzrə Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişi əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

      
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, dəmir yolu nəqliyyatı ilə ölkəmizə gələn xarici turistlərin və yerli vətəndaşların vağzal ərazisində sərbəst hərəkətinə maneçilik törədərək qanunsuz valyuta alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakinləri – Sərdar Musayev, İsmayıl Teyyubov, Əmiraslan Əliyev, Otay Fətəliyev və Xəlil İmanov saxlanılıblar.

       
Həmin şəxslərdən qanunsuz fəaliyyətlərini sübut edən müxtəlif ölkələrin milli valyutaları maddi sübut kimi götürülüb.

      
 Qeyd edilən şəxslər barəsində Baş İdarədə müvafiq araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam