Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Neftçilərin axtarışı dayandırılıb?

1467276444bd5351ece740“Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş verən yanğın zamanı itkin düşən neftçilərin axtarışı dayandırılıb.

Xeberinfo.com:   İtkin neftçilərin ailələrindən Modern.az saytına verilən məlumata görə, artıq uzun müddətdir ki, nə gəmilər, nə təyyarələr, nə də dalğıclar axtarış aparır. Ailələr itkinlərin tapılacağından əllərini üzdüklərini qeyd ediblər.
Deyilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyindən Modern.az saytına məsələni nə təsdiq, nə də təkzib ediblər. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da məsələ ilə bağlı modern.az saytına ailələrin narahatlıqlarını bildirib.
O, neftçi ailələrinə yalnız Dövlət Neft Şirkətinə (SOCAR) deyil, eyni zamanda Fövqəladə Hallar Nazirliyinə də müraciət etməyi tövsiyə edib:
“Düzdür, itkin düşənlər SOCAR-ın işçisi olub, amma axtarışları Fövqəladə Hallar Nazirliyi aparırdı. Sözügedən nazirlik isə nədənsə susur. Axtarışları dayandırma səbəbini açıqlamır.
Dövlət Neft Şirkəti isə özünün müvafiq texnikası olmadığı üçün axtarış apara və ailələrə bununla əlaqədar cavab verə bilmir. Çox təəssüflər olsun ki, nazirlik susur və eyni zamanda ailələr ora getmir. Ailələri başa düşürəm. Müvafiq qurumlar ola bilər sentyabrın 20-də (neftçilər günü) yaxud dekabrın 4-də (qəza baş verən gün) neftçiləri xatırladılar… Amma unudulacaqlar! Çünki, biz unutqan xalqıq”.
Ötən il dekabrın 4-də güclü qasırğa zamanı “Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində platformada olan 63 işçidən 33 nəfəri xilas olunub, 12 nəfəri həlak olub, 18 nəfər itkin düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam