Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Krediti olanlar cəmiyyətdə yeni risk qrupudur”

İqtisadi böhran dövrü üçün psixoloq məsləhətləri: “Krediti olanlar cəmiyyətdə yeni risk qrupudur”

 

 

Manatın gündən günə ucuzlaşması və adekvat olaraq bazarlarda qiymətlərin sürətlə artması insanlarda psixoloji gərginliyə səbəb olub.
Xeberinfo.com:   Biz zamanlar iqtisadiyyatdan kənar olan insanlar belə, həyəcanla birjalardakı məlumatları, valyutadəyişmə məntəqələrində dolların qiymətini, dünya bazarında neftin qiymətini izləyir və artıq hər bir dəyişikliyin onun cibinə təsir edəcəyini anlayır. Əhalinin böyük bir qismi iş yerini itirmək, ixtisar olunmaq təhlükəsiz qarşısındadır. Böyük bir qrup isə bankların girovuna çevrilib. Dollar sürətlə bahalaşdığı üçün bu valyuta ilə  banklardan  kredit götürən şəxslərin borcunun nə  zaman bitəcəyini proqnozlaşdırmaq çətindir. 
Təsadüfi deyil ki, ikinci devalvasiyadan sonra da qətl, intihar, oğurluq halları haqqında mediada informasiya artdı. Hər gün ən azı bir neçə qətl hadisəsi haqda informasiya alırıq. Bu isə insanlarda yaranan psixoloji gərginlik səbəbindəndir.
Psixoloq Azad İsazadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, belə məqamda əsas məsələ insanların bir-birinə anlayışla, həssaslıqla yanaşmasıdır: “Bu bir böhrandır və biz bunu qəbul etməliyik. Yəni, qış gəlib, qar yağıb, biz soyuqdan donmamaq üçün hansısa tədbirlər görməliyik. Burada da söhbət psixoloji hazırlıqdan gedir. Bu problem hansısa bir fərdə şamil olunmur, bütün insanlar, varlısı da, kasıbı da, iş adamı da, məmuru da bu böhranda yaşamalıdır, bir-birimizə aqressiya göstərməklə heç nəyə nail olmaq mümkün olmayacaq. 
Bu zaman psixoloji böhrandan çıxış yolu odur ki, hamı bir yerdə olmalıdır, bir-birinə dəstək verib bu böhrandan çıxmaq lazımdır. Əksinə bir-birimizi didməklə sadəcə gərginliyi artırırıq, bu zaman emosiyalar güclənir, aqressiya çoxalır. Başa düşməliyik ki, hamımız ağır vəziyyətdəyik və bunun günahını bir-birimizin üstünə atmaqla vəziyyət düzəlməyəcək. 
Bir məsələ də var ki, bu da vəziyyətin insanlar üçün açıqlanmasıdır. Media, ictimai təşkilatlar böyük anti-böhran təbliğat kompaniyası  aparmalıdırlar. İzah etməlidirlər ki, bizi nə gözləyir. 
Yəni, əgər qış gəlirsə, biz bilirik ki, soyuqdur, ancaq 3 aydan sonra bu qış bitəcək, səbrlə qışın çıxmasını gözləyirik. Bu iqtisadi qış nə qədər çəkəcək, biz hələ bunu bilmirik. Bu baxımdan bizə izahlar verilməlidir ki, hansı anti-böhran tədbirlər görülür, konkret hansı təbəqələrə necə çıxış yolları təklif edilir. Çoxlu sayda insanlar indi ixtisar qorxusu altında yaşayır. Həmin insanlara təminat verilməlidir. Söhbət təkcə maddi təminatdan getmir, həm də ümumi çıxış yolundan gedir”. 
Problemin səbəbini izah edən psixoloq qeyd etdi ki, insanlardan depressiya hallarının səbəbi gələcəklə bağlı qeyri-müəyyənlik və ümidsizlikdir: “Bir çox insanlar heç kimə inanmadığı üçün, biznesdə uğur qazanacağına əmin olmadığı üçün valyuta ehtiyatlarını evlərdə saxlayırlar. Bəlkə də bu saxlanmış pulları investisiya kimi iqtisadiyyata buraxmaq lazımdır. Ancaq bunu kimsə bizə izah etməlidir, bu bizim tanıdığımız və inandığımız bir insan olmalıdır. Çünki, biz artıq hər adam da inanmırıq, dəfələrlə olub ki, iqtisadiyyatçıları, bank işçiləri bir söz deyib, reallıq isə sonradan başqa cür olub. Deməli, insanlarla danışmaq, izah etmək, xırdalamaq lazımdır. 
Hansısa qaynar xətlər yaratmaq lazımdır ki, vətəndaşlar zəng edib hansısa problemlərinə izahat alsınlar. Mütəmadi olaraq, televiziyada verilişlər yayımlanmalıdır ki, insanlar mövcud durumla bağlı şərhləri eşitsinlər. Bu gün bu proses kortəbii formada gedir. Mətbuat bu boşluğu doldurmağa çalışır. Qəzetlər müxtəlif ekspertlərin  rəylərini dərc edir, bəzən bunlar da bir-birinə zidd olur və çaşqınlıq yaradır. İnsanlar üçün həm iqtisadi, həm də sosial-psixoloji böhranda  vahid çıxış yolu olmalıdır”. 
Azad İsazadə xarici valyuta ilə kredit bocu olanların cəmiyyətdə yeni risk qrupu formalaşdırdığını bildirdi: “ Bir çox insanlar isə artıq intihar həddindədir. Onlara isə mütləq peşəkar köməyi olmalıdır. Bu gün isə böhran vəziyyətində problem ondan ibarətdir ki,  intihar edənlərin təzə risk qrupu yaranıb-kredit götürən insanlar. Bundan sonra kredit götürən insanlar da risk qrupuna aiddir. Bu insanların arasında daha çox depressiya , aqressiya hallarına rast gələ bilərik,  intiharlarla üzləşə bilərik. Bu qrupa daxil olan insanlarla anti-böhran , anti-depressiv işlər aparılmalıdır. 
 Amma insanlara psixoloji dəstəyin verilməsi üçün konkret bir qurum yoxdur ki, həmin qrup işləri öz üzərinə götürsün. Ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ya da Səhiyyə Nazirliyinin tərkibində belə bir qurum yaradılmalıdır. Əgər adətən  intihar hallarında yetişmə dövrü 5-6 aydırsa, belə hallarda  yetişmə dövrü 5-6 gün ola bilər. Bu zaman insan daha tez bu qərarı verir və intihara əl atır. Deməli biz təcili olaraq risk qrupuna daxil olan insanlarla peşəkar iş aparmalıyıq. Çünki, artıq burada qohum-əqraba kömək edə bilməyəcək. Birmənalı peşəkarlar işləməlidir ki, o insanlarla söhbət etsinlər, həlli yolları təklif etsinlər. Çünki, bu hamımızın problemidir. Ancaq əgər kreditini ödəyə bilməyən insan intihara əl atmağa qərar veribsə, praktiki olaraq ona kömək etmək çox çətindir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam