Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Daha bir şirkət İbrahim Nehrəmlini məhkəməyə verdi

“Holcim” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (ASC) “Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

"Xeberinfo.com":   “Report”un xəbərinə görə, ASC pul tələbi barədə iddia irəli sürüb. İddiaya 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılır.

“Avesta Konserni"nin sahibi Hacı İbrahim Nehrəmli “Report”a açıqlamasında “Holcim” (Azərbaycan) şirkətinin onlara qarşı qaldırdığı məhkəmə iddiasından xəbərsiz olduğunu bildirib: “Bu işlə mən deyil, vəkilim məşğul olur. “Holcim” şirkəti bizi məhkəməyə veribsə, lap yaxşı edib. Məhkəmədə də bizə qalib gəlsinlər. Bu haqda başqa məlumat verə bilmərəm. Mən heç bu işlə məşğul olan vəkilin nömrəsini də bilmirəm. Aramızda təxminən 15 min manatlıq pul söhbəti var. Kim-kimi məhkəməyə verir-versin də, burda nə var ki?! Birgə işlədiyimiz şirkətlərdir”.

Qeyd edək ki, tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konserni” çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur. “Avesta Konserni” bundan əvvəl də bir neçə dəfə borca görə məhkəməyə verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam