Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hacı İbrahim Nehrəmli dövlət qurumlarını aldadır!

 

“Avesta Konserni”nin bir qrup sabiq əməkdaşları hələ də əməkhaqqlarını ala bilmirlər

 

“Xeberinfo.com”:   Bir müddət əvvəl Hacı İbrahim Nehrəmlinin prezidenti olduğu “Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətinin bir qrup sabiq əməkdaşı başda cənab prezident İlham Əliyev olmaqla dövlət qurumlarının rəhbərlərinə və Bakıda qeydiyyatda olan xarici ölkə səfirliklərinə müraciət edərək, əmək haqqlarını ala bilmədiklərindən şikayət etmiş, əmək hüquqlarının pərpasında yardımçı olmalarını xahiş etmişdilər. “Avesta Konserni” MMC-nin sabiq əməkdaşları müraciətlərinin sonunda dövlət başçısına müraciət edərək heç olmasa bir dəfə Hacı İbrahim Nehrəmlini Azərbaycan qanunlarına əməl etməyə vadar etməyi xahiş edirdilər.

Bu müraciəti oxuyan hər kəsdə belə rəy yaranırdı ki, dövlət qurumlarının rəhbərləri, ilk növbədə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi Hacı İbrahim Nehrəmlini  qanunvericiliyə əməl etməyə vadar edəcək. Lakin həmin müraciətdən artıq günlər, həftələr deyil, aylar keçib. Ancaq prezident İlham Əliyev başda olmaqla dövlət qurumlarının rəhbərlərinə müraciət edən “Avesta Konserni” MMC-nin əməkdaşlarının hüquqları bərpa olunmayıb. Daha doğrusu onların bir qisminin əmək haqqı verilsə də, bir hissəsi bugünə kimi əmək haqqlarını ala bilməyiblər. Hacı İbrahim Nehrəmli isə dövlət qurumlarına bütün şikayətçilərin əmək haqqını ödədiyini bildirib. Onlar da, xüsusi ilə də Dövlət Əmək Müfəttişliyi Xidməti Hacı İbrahim Nehrəmliyə inanıblar. Görünür, burada Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ilə Hacı İbrahim arasındakı dostluq və işbirliyi öz təsirini göstərib. (Bu “dostluq” haqqında ötənlərdə yazmışıq.)  Nəticə isə ondan ibarətdir ki, “Avesta Konserni” MMC-nin sabiq əməkdaşları prezident İlham Əliyevin belə onların hüquqlarını bərpa edə bilmədiyini, Hacı İbrahim Nehrəmlini qanunlara əməl etməyə vadar edə bilmədiyini düşünürlər. Bu istiqamətdə “xeberinfo.com”a daxil olan məlumata görə artıq onlar məhkəməyə müraciət etməyi və bir də Hacı İbrahim Nehrəmlinin qanunsuz əməlləri haqqında cəmiyyəti məlumatlandırmağı planlaşdırırlar. Şikayətçilər arasında “Avesta Konserni” MMC-nin Maliyyə Departamentinin əməkdaşlarının olduğunu nəzərə alsaq, Hacı İbrahim Nehrəmlinin bir çox gizlinləri gün işığına çıxa bilər...

 

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.

 

 

Eyvaz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam