Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Məktəblərdə pul yığan olsa, mənə xəbər verin”

 

Təhsil naziri Mikayıl Cabbarov Avropa Oyunları ərəfəsində təhsil müəssisələrində pul yığılması haqda səsləndirilən fikirlərə münasibət bildirib.
"Xeberinfo.com":  Virtualaz.org saytı xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında məktəblərdə və digər ümumtəhsil müəssisələrində bəhanədən asılı olmayaraq qanundan kənara çıxmağı, pul yığmağı “qeyri-qanuni hərəkət” adlandırıb.
M.Cabbarovun sözlərinə görə, bəzi hallarda yoxlanmamış informasiyalar sosial şəbəkələrdə tirajlanır: “Bu cür hallarla bağlı məlumatlar Təhsil Nazirliyində və hüquq-mühafizə orqanlarında ciddi araşdırılır”.
Nazir bu cür hallarla bağlı “Qaynar xətt” xidmətinə heç bir müraciətin edilmədiyini dedi.
M.Cabbarov sosial şəbəkələrdə Xaçmaz rayonunda təhsil müəssisələrinin birində bu cür halın olması ilə bağlı məlumatların yayıldığını və bu məsələ ilə bağlı araşdırma aparıldığını söylədi: “Rayonun təhsil şöbəsinin müdiri nazirliyin daxili nəzarət şöbəsinə dəvət olundu və müvafiq araşdırma aparıldı”.
Nazir sonda media nümayəndələrinə və vətəndaşlara müraciət etdi: “Media mənsublarına və vətəndaşlara üz tutaraq demək istəyirəm ki, onlar üzərlərinə düşən vətəndaşlıq borcunu yerinə yetirərək belə hallarda nazirliyə müraciət etsinlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam