Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

BAŞLA DAŞIN, DAŞLA XAŞIN SİYASİ STRİPTİZİ

 

QAZANDAKI  AZADLIQ

 

Bizdə sözlə əməl cilalanmır. Sözdə bir, əməldəsə başqa cürük. Torpaqların azadlığından danışırıq, ancaq övladlarımızın müharibədə iştirakını  istəmirik.  AZADLIQSA NİMÇƏ ÜSTÜNDƏ VERİLMİR.

Müxalifət hakimiyyəti ittiham edir – xalqın seçkiylə maraqlanmamasına görə.  İsa Qəmbər deyir ki, xalqın önəmli bir hissəsi seçkiylə maraqlanmır? Onda bəs sən kimsən və səni xalqın düşüncəsindən kənar nə maraqlandırır? MARAQLAR HƏR ŞEYİ ÜSTƏLƏYİB.

İsgəndər Həmidov da quşu gözündən vurur. Artıq müxalifət fəsilləri ayırd edə biləcək səviyyəyə çatıb və hətta yarpaqların belə da hara düşəcəyini bilir. O cümlədən İsa bəyin timsalında “əla oğlanlar” da. Səxavət Əlisoyun “Müsavat seçkiyə pula görə qatılmışdı”(???????-müəllif) fikrinə əsaslansaq, onda arif olanlar hakimiyyətin və Qərbin istəyincə bunu demək istəyiblər: PAPAQ ELƏ, İŞİMİZİ BİLƏK.

Atalar deyir ki, baş başa dəyməyincə daş yerindən qalxmaz.  Demokratik cəmiyyətlərdə seçki vətəndaşın başına düşən daşı kənara tullamaq üçün istifadə olunan vasitədir. Əvvəl seçkiyə qatılıb, sonradan imtina etməksə cəmiyyət üçün qorxulu olan ikidilli insanların gedişidir. İKİ QİBLƏYƏ NAMAZ QILINMAZ.

Özünü olduğundan qat-qat artıq  göstərməyə çalışan Müsavatın başında köhnə hava qalıb. Başlarını daramaq istəsələr də, tükün yoxluğunu nəzərə almırlar. Bu payızdakı mitinq eyforiyasıyla təşkil olunan Məhsul yığımı da deyilənləri təsdiqlədi. Və Müsavat ənənəsinə uyğun olaraq bir şeyi təsdiqlədi: GERÇƏK POTENSİALIN SIFIR SƏVİYYƏSİNDƏ OLMASIYLA BAĞLI HAKİMİYYƏTƏ VƏ QƏRB DÜNYASINA MESAY YOLLADI.

SABİR RÜSTƏMXANLI deyir ki, “millətimiz qara durna taleyi yaşayır” – yəni, yumurtadan çıxan kimi elə hey bir-birinin başına döyəcləyir. Düppədüz.  Yazı etikasına uyğun olmasa da, qoy məni bu işə vadar edənlər oxucu qarşısında cavab versinlər -  fərd olaraq mən bununla heç kimin bostanına daş atmıram və atmaram da. Ancaq ANAR NİFTƏLİYEVin sözü olmasın, “qadouzi alım, a millət”, daş  dəyənə, yol da gedənə bəllidir axı. MÜSAVAT QOLLARININ AÇILMASI ÜÇÜN DAŞ ATDI.

Ötən zaman kəsiyində hakimiyyətin atdığı addımlar və buna müqabil  müxalifətin taktiki gedişləri  hər kəsə bəllidir. “Biz seçkiyə şərtlər daxilində qatılmışdıq” deyən Arif bəyin bunca ifadəmə görə məni bağışlasın, riyakarlıq etməsi cəmiyyətə qarşı bir nəzakətsizlikdir. Onun dediyi “şərtlər” illər uzunu həllini tapmayıbsa, ikicə günün içində həllini tapacaq?!  Sadəcə olaraq bu, guya ki, özünü sığortalamaqdır.  Və sığortaladı da. Guya hakimiyyətin evi avardan idi, Müsavatın gedişilə buna gilavardan od düşəcək. SİYASİ DÜZƏNDƏKİ SONRAKI YAŞAM SIĞORTALANDI.

Siyasi potensialı kifayət  qədər böyük olan insanların Müsavatda da olması heç kimə sirr deyil. Elə isə nədən adı çəkilən qurumun siyasi elitası imkan vermir ki, heç olmasa o insanlardan bir-ikisi Milli Məclis səviyyəsində “kölə insan”ın arzu və istəklərinin təminatçısına çevrilsinlər. 125 nəfər içərisində saf düşüncəli insanların olması nə vaxtdan xalqın maraqlarına zidd olub?Siz nəyin növbəsində dayanmısınız? BANAN NÖVBƏSİNƏ DAYANMAĞIN SONUCU SURİYALILARI LAGER PROBLEMİYLƏ ÜZ-ÜZƏ QOYDU, FƏRQİNDƏSİNİZMİ!?..

İndi kimi dindirirsən, “bu, bir oyundur” deyir. Hakimiyyət müxalifətin, müxalifət hakimiyyətin, cəmiyyət də hər ikisinin etdiklərini, dediklərini “oyun” adlandırır....Yəni, biz bunca oynağan millətik???  Azərbaycanda kimisi BAŞ.., kimisi DAŞ..., kimisi də XAŞ hayındadır...Ortaliqda Başla Daşın, Daşla Xaşın siyasi striptizi nümayiş olunur..Azadliq da deyəsən nimçə üstündə verilmirmiş, qazandaymış. AMMA  ƏVƏZ ZEYNALLININ DA YAXŞI “QAYNAR QAZAN”I VAR HAAA....

 

 

P.S: KASIBIN DÖRD DÜŞMƏNİ VAR: İTDİ, BİTDİ, MOLLADI, BİR DƏ YASAVUL. BUNU DA İNDİKİ ATALAR DEYİB: PULSUZLUQ ADAMI SAYTLARA MÖHTAC EYLƏR....

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam