Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

OLLANDLA PUTİNİN TƏQDİMATINDA FRANSIZLARLA RUSLARIN ÜZÜNDƏKİ TÜPÜRCƏK

 

VƏ ÇANAQQALADA DÜNYAYA DƏRS VERƏN TÜRK ƏSGƏRİ

 

"Xeberinfo.com":   Dünyanın ölçülü-biçili qaydalarla idarə olunduğunu ilk olaraq türklər dilə gətirmiş və elə bu idarəçilik sistemiylə də bəşər tarixinə qurduqları 20 imperiya ilə dövlətçiliyin nə olduğunu bir irs olaraq qoyub getmişlər. Nə yazıq ki, türklərin əbədi düşməni olan UNUTQANLIQLARI bütün zamanlarda onları qarabaqara izləmiş və elə ol səbəbdən də pusquda dayanan Küçə İtləri anındaca qəfil hücuma keçərək bizlərdən istədiklərini qopara bilmişlər. Sözlərinə, danışıq üslublarına, davranışlarına, yaşayış tərzlərinə göz qoyub, diqqət yetirməyən, yaxud bütün bunları bilərəkdən etmək istəməyən qərb mənşəli DEMOLAR özlərini nəzarətə götürə bilmədikləri halda başqalarına nəcibliklə bağlı masterklas dərsləri keçirlər – kar özünə sərf eləyəni eşitdiyi, kor da özünə sərf eləyəni quraşdırdığı kimi... Heç belə də demokratiya olar?

Bəndəniz azca yuxarıda davranış gözəlliyi ilə bağlı bir-iki cümlə ərz elədi. Və bu cümlə də əbəs yerə işlədilmədi. Cümhuriyyətimizin qurucularından olan Əhməd bəy Ağayev deyir ki, demokratiyanın ən ilkin şərti cavabdehlik  hissi və vətəndaşa sayğıyla yanaşmadan keçir. Türk və islam dünyasında ilk demokratik cümhuriyyət olan ADR dövründə bu Kişi o vaxtkı parlament sədrinin müavini olub. Özü də Sarkisyanın da, Ollandın da, Putinin də, lap elə Əlikramın da dədələrindən qat-qat ağıllı olub.

Mən yenə o sözə qayıdıram ki, hansı ki, biz ona davranış deyirik. Bir-iki gün bundan qabaq Türkiyə və Ermənistanın timsalında aləm dəymişdi bir-birinə. Qonaq-qaranı qarşılamaq törənləri bütün dünyaya göz dağı kimi təqdim olunurdu. Heç şübhəsiz ki, bu “təqdimat”dan Türkiyə üzüağ çıxdı və çıxmağa haqqı da var idi. Çünki HAQQ Türkiyənin, türklərin tərəfindədir.

ÇANAQQALA SAVAŞI ilə bütün dünyaya dərs verən türk əsgərinin qələbəsinin 100 illiyi ilə bağlı təşkil olunan TƏDBİR Türkiyədəki AKP iqtidarının  hakimiyyətdə olduqları illərdə atdıqları YEGANƏ VƏ ƏN DÜZGÜN ADDIM oldu.  Ancaq dünya dövlətlərinə barış çağırışı ilə səslənən Türkiyənin həlim notlar üzərində var-gəl etməsiylə yanaşı yumruğunu masa üzərinə vurmaqla başa düşməyənlər üçün əzələ nümayiş etdirməsi də gərəkirdi. Ərdoğan bunu etməliydi, etmədi. Edilməliydi ona görə ki, çünki bu çağırış elə “boğazlar” məsələsində Türkiyənin özü üçün bir müddətdən sonra müəyyən əngəllər yarada bilər. Necə ki, Ərdoğanın qürurla söylədiyi “mən fəxr edirəm ki, Yaxın Doğu proyesinin eşbaşkanıyam” cümləsində olduğu kimi. “Yaxın Doğu”da baş verənlər də göz önündə....Deyəsən mətləbdən bir az uzaq düşdük...

Hə, görünən bu idi ki, qonaqqarşılama mərasimində həm Türkiyə, həm də Ermənistan özlərini məmnun kimi göstərirdilər. Zatən, buna Türkiyənin yenə də haqqı var idi. Ötən əsrin əvvəlində Çanaqqala Savaşında türklərlə deyil, “Allahla savaş”dıqlarına rəğmən uduzduqlarını etiraf edən ingilislərə “Qalatasaray” futbol klubu meydanlarda “müharibə aparmaq” taktikasını təqdim etdikdən sonra onlar  YENƏ DƏ  Allahın qarşısında BAŞ ƏYDİLƏR, haqqa gəldilər. Bu gəliş həm də ingilislərin bayraqları o tərəf-bu tərəfə yellənsə də, az da olsa, özlərinə hörmət etmələrindən və təbii ki, haqqı nahaqqa möhtac etməyən Allahın Böyüklüyündən irəli gəlirdi. Axı ingilislər elə öz babalarının yazıb qoyduğu ensiklopediyada oxuyublar ki, ötən əsrin əvvəlində Türkiyə ərazisində indi iddia edilən sayda erməni yaşamayıb. Təsadüfi deyil ki, ABŞ-ın o zamankı prezidenti RONALD REYQANın məsləhətcisi olmuş BRYUS FEYSN də “arxivlər tam açılarsa onda ermənilər 2 milyon türkü qətliam etdiklərinə görə üzr istəməli olacaq”  deyir....

Di gəl ki, deyilənləri Avropanın qartımışları və “oğlumla gəlinimi talışşünaslığı öyrənmək üçün Ermənistana göndərəcəm” deyən Əlikramlar başa düşmək istəmirlər. Çünki baş yoxdur. Baş olsaydı, o boyda talantlar yetirən Fransaya hansısa qudurmuş Şirak, siyasi gedişləriylə deyil, daha çox sadomazoxist davranışlarıyla yadda qalan Sarkozi, indi də Sarkisyanların Ollandı rəhbərlik etməzdi ki. Fransanın ötən əsrin ortalarında Afrikada insanlığın simasına sığmayan vəhşiliklə ƏLCƏZAİRDƏ VƏ RUANDADA həyata keçirdiyi soyqırım dünyanın gözü qarşısında baş verib. Əlcəzairdə 1, 5 MİLYON ADAMI qətlə yetirən, Ruandada 600 MİN İNSANIN  başını iti uclu cubuqlara taxan indi Ollandın rəhbərlik etdiyi FRANSA OLUB. ŞEYX ABDULLAH BEN BADİSin “islam mənim dinim, Ərəb mənim dilim, Əlcəzirə mənim vətənim” devizindəki söykənc və inanc yerlərini yer üzündən silməyə qərar verən indi  Ollandın rəhbərlik etdiyi FRANSA OLUB. Olland əslində Ermənistana gəlməklə zərbəni türklərə deyil, binəva fransızlara vurdu.  O, öz babalarının gəldikləri qənaətə, təqdimata tüpürdü. Axı elə həmin fransızlar “ötən əsrin əvvəlində Türkiyə ərazisində 1, 2 milyon erməninin yaşadığını” yazılı şəkildə öz arxivlərində qoyub gediblər. Onda belə çıxır ki, yerdə qalan 300 min erməni cəsədi də Ollandın bətnindən çıxarılıb. Vallahi, adam lap məəttəl qalır, axı dünya onu fizioloyi quruluşuna görə kişi bilirdi, ancaq ət və sümükdən olan bu varlıq atdığı addımlarla tamam başqa şey deyir. Özü bilər, can onun, cəhənnəm Tanrının, indulgensiya aktı tərtib edib onun əlinə verməksə homoseksualist Valentinin indiki papıçkasının boynuna...Yenə də deyəsən mətləbdən bir az uzaq düşdük..

Coğrafiya müəllimimiz demişkən, “qaldı, keçdi” Putinə. Ondan nə deyək. Ondan nə deyə bilərik. Elə PUTİNİN BAŞI, YA DA OLLANDIN BAŞI -  eyni bir şeydir, hə? Elədir ki, Ermənistana gəlirlər də. Bir adamın ki, 4 oxşarının olduğu, özününsə çoxdan öldürüldüyü,  keçmiş arvadının bununla bağlı təsdiqləyici fikirləri yayılırsa, nə deyəsən beləsinə. İndi mən durum deyim ki, ay Putin,  “heç mənə lazım da dögür”,  “xatyabı” öz dədələrinizə hörmət edərdiniz də. Axı Tolstoyun ruhu sənə qənim olar...Heç olmasa bizim hörmətli tarixçimiz Cəmil Həsənlinin təqdim etdiyi yazıdan da göründüyü kimi TOLSTOYUN QIZI ALEKSANDRAnın 1915-ci il hadisələrilə bağlı  “hər şeyi öz gözümlə gördüm” deyə erməni və rus vandalizmini dilə gətirməsinə diqqət edin, cənab Putin...  Əslində dədəsi, nənəsi bilinməyən rusların nə istədiklərini damarlarında beş millətin qanını daşıyan I Pyotr yazıb gedib. Onun ölümündən sonra həm çar Rusiyası, həm bolşevik Rusiyası, həm kommunist Rusiyası, həm də özünü SSRİ-nin varisi elan edən indiki Rusiyada olan Putin xuntası zamanında atılan bütün siyasi addımlar PYOTRUN VƏSİYYƏTİ əsasında olub. Onlar türklərdən fərqli olaraq öz babalarının Dilək Dualarına hörmətlə yanaşıblar. Ancaq xeyri yoxdur, artıq imperiyaların zamanı ötüb. Bu baxımdan Rysiya imperiyası da tez, ya gec məhvə məhkumdur. Bu imperiyanın çöküşündənsə indiki Rusiya ərazisində 129 BAYRAQ DALĞALANACAQ və bunun da tam əksəriyyəti türk bayraqları olacaq...

Yenə də coğrafiya müəllimim demişkən, “qaldı, keçdi” Əlikrama. Hollandiyanın “qırmızı fanarlı küçələri”ni özünə sığınacaq kimi seçən bu canlı cadəcə olaraq, talış xalqı üçün bir üz ləkəsidir. Çünki bu dövlətin var olmasında türklü-talışlı aparılan mücadilə zamanın sınağından həmişə üzüağ çıxıb və yenə də biz birik, bir olacağıq. Ancaq Əlikramsa həmin talışların adından hədyanlar yağdırmaqla Putinsayağı Pyotrın vəsiyyətindən yararlanmağa çalışır. Belə bir məqamda TALIŞ XALQININ Azərbaycanın siyasi və dini sferasında ÜZDƏ OLAN YETKİLİLƏRİNİN susqunluq nümayiş etdirmələrisə başadüşülən deyil. Susmaq nəyin əlamətidir?...

Babalarımız deyib ki, ölçülü-biçili qaydalarla yaşayanda insan nəcibləşir, sadə yaşamağın gözəlliyini dərk edir.  Məhz belə davranış hamının xeyrinədir və bu davranışın mahiyyəti türklərin dövlətçilik ənənələrində olan qızıl orta prinsipində öz əksini tapır. TÜRKLƏR neçə min il bundan qabaq dövlətçilik ənənələrinə SAHİB OLANDA bit-birənin içində itib-batan FRANSIZLAR vəhşi barbarlıq dövrünü,  RUSLAR da “PETUXOV” SOYADLARIYLA kimliklərini sürdürməkdə idilər. Və türklər 20 imperiya qursalar da, heç kimin adətinə, ənənəsinə, dilinə, inancına dəymədi. Dəysəydilər, Ollandın nənələri əyinlərinə şalvar geyəndən ta XIX əsrə qədərki dövrdə övladlarını tərbiyə edərkən onlara “türk ol” deyərmişlər. Özü də bunu mən demirəm, Ollandgilin indi saya salmaq istəmədikləri nənələri, dədələri deyiblər.  Ancaq fransızlar 132 illik müstəmləkəçi qaniçənlikləri sona yaxınlaşarkən 1, 5 MİLYON ƏLCƏZAİRLİNİ QAN CANAĞINDA BOĞDULAR, RUSLAR 129 ETNİK QRUPUN BÜTÜN HAQLARINA TÜPÜRMƏKLƏ onları insan olduqlarına görə peşman ediblər. Əgər RUSİYA  “SSRİ-nin varisi”dirsə, onda 1937-ci il repressiyalarına, AXISKA, AZƏRBAYCAN TÜRKLƏRİNİN deportasiyalarına, FƏRQANƏdəki qanlı çatışmalarına, 20 YANVAR QƏTLİAMIına, XOCALI SOYQIRIMIna görə CAVAB VERMƏLİDİR.  Və analoyi olaraq türk dünyası da öz parlamentlərində onların qabağına ət qoyana ət,  sümük qoyana da sümük qoymalıdır. Fransanın gerçəkləşdirdiyi Əlcəzair və Ruanda soyqırımları türk parlamentlərində tanınmalıdır. Yetər bu tiplərin nazıyla oynamaq, müdafiədən hücuma keçməyin tam zamanı çatıb. Neyləməli ki, indiki əli kösövlü olanlar pul-para xatirinə demokratiya təndirində bişirilən çörəklərin kütə getməsinə səbəb olurlar. Bizim babalarımız deyəsən yaxşı işləməyiblər, zamanında kündəni saymasalar da, onların nənələri kündələri kəsməkdə mahir olublar...

Ümumulikdə götürəndə demokratiya şortikli conlar tək don geyinməklə ölçülmür, gərək ki, demokratiya deyilən şey bütün vücudunda, bütün düşüncəndə, bütün xarakterində  təcəlla edə. Yoxsa bunlar kimi. Ollandgilin, Putingilin ədəbsizcəsinə  “FIN” eləyib burunlarından AZADLIQ SELİ axıtmaları demokratiya deyil, siyasi əxlaqsızlığın simvoludur. Bu simvolu öz yaşam tərzlərinə çevirən Karlar və Korlar Dünyasından nəsə gözləməksə əbəsdir...

 

 

P. S. İt yanında bəy kimi, bəy yanında it kimi görünənlərin menyüsünə: it sümüyü sevinə-sevinə udar, ancaq sümüyün xirtdəyə gəlməsi bir 

 

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam