Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünyanın halından üstün olmaq


 

"Xeberinfo.com":  100 ildir ki, guya ermənilərə qarşı soyqırım olduğu ilə bağlı “dünyəvi həşir”, oyun yaradan ermənilər bunun cəfəngiyyat olduğunu gözəl bilirlər. Ona görə dünya ermənilərin tərəfindədir ki, erməni dünyanın istəyinə uyğundur. 

Bütün bu “erməni soyqırımı” cəfəngiyyatı yalnız bir hədəf tanıyır: türkü tamamilə diz çökdürmək, az qala yox etmək, bu, mümkün olmadıqca sarsıntılarla başını qatmaq, enerjisini tükətmək, dünyadan tamamilə asılı etmək. 


*** 
Dünyanın ədaləti yoxdur. 
Dünyanın türkün insançılığını, ilahi xilasçılığını anlamaq ləyaqəti yoxdur. 
Bu gün çox da uzaq olmayan tarixlə bağlı az qala uşağın da anladığı həqiqətləri Qərb tamamilə inkar edir, “qara məni məni basınca mən qaranı basım” ölçüsünü əsas tutur. 
Dünyanın çağdaş əhvalı əvvəlki dönəmlərdən fərqli olaraq daha da amansızdır. Bəs neyləməli? Dünyanın halına uyğunlaşıb yaşamalımı, ona təslim olmaqmı? Təbii ki, yox. 
Ancaq bir yol qalır: dünyadan üstün olmaq, türkə qarşı yönələn bütün basqıları dəf etmək. 
Bu isə hər birimizdən davamlı şəkildə ulusal ruhla yaşamağı tələb edir. 
Ulusallıq – Bəşərilik deməkdir əslində. 


*** 
Çağımızda dünya bizi özümsüzləşdirmək, ulusallıqdan uzaq salmaq, bütün vasitələrlə yadlaşdırmaq istəyir. Ona görə ki, özgələşənləri, dünyanın halına uyğun olanları idarə etmək, təbii ki, sonda tamamilə dövlətsizləşdirmək çox asan olur. 
Bir məqam: ulusun varlığının təsdiqi yetkin fərdlərdir. Fərdsiz də ulus yoxdur. Deməli, bizi sarsıtmaq, yox etmək istəyənlərin hədəfi hər birimizik.
Türksüz dünya – yox olmuş dünyadır. Özümüzdən ayrılmaqla, dünyanın hədyanlarına, böhtanlarına boyun əyməklə dünyakimi olacağıq, oluruq. 
Ona görə də aqibətimizin yiyəsi olmalıyıq. Bilməliyik ki, ulus olaraq özümüzəməxsus keyfiyyətlərimiz (halallıq, mərdlik, birüzlülük, həqiqətçilik, inamçılıq və b.) gerçəkdən özündən ayrılımış, yox olmağa doğru gedən dünyaya hava-su kimi gərəklidir. 
Nə qədər məntiqsiz görünsə də, dünyanın türkə qarşı açdığı amansız, ruhsuz, insansız savaşı
Illərdir “erməni-müsəlman”, “xristian-müsəlman” savaşı kimi anlayanlar və bunu özünə, başqalarına təlqin edənlər tapılır. 


*** 
Başqa yandan da bunu “Qərb-Şərq” savaşı kimi sunanlar var: bu, qismən anlaşılandır, ancaq Şərq hadisəsi olan Türklə bağlı Qərbin ayrıca yanaşması, əslində “Qərb (Dünya) – Türk” savaşının olduğunu qəbul etmək gərəkdir. 
Ən zəif halımızda belə Türkün yox olmadığını, potensialının (imkanının) dünyaya dov gələcəyini düşünənlər təbii ki, yanılmırlar. 
Ancaq Türkün gətirəcəyi ilahi, insançı xilasçılıq bundan sonrakı dönəmdə yalançı “erməni soyqırımı” ittihamına, hədyanına tuş gələn ulusumuzun dünyaya hava-su kimi gərəkliyini bir daha təsdiq edəcək.

 
*** 
Kim elə sanır ki, erməni hardasa arxayınlaşacaq, yanılır. Bundan sonra erməni dünyanın şəxsində daha da həyasızlaşacaq. 
Deməli, bundan sonrakı dönəmdə ulusal keyfiyyətlərimizin hər birimizdə yaradıcı səviyyədə aşkarlanması üçün çalışmalı, 
dünyanın gedişatını dərindən bilməklə həm də o dərəcədə ruhlu, inamlı olmalıyıq ki, dünyanın ruhsuz, ümidsiz, amansız əhvalı bizə təsir eləyə bilməsin. Bilməliyik ki, bundan sonrakı gedişat çox çətin olacaq. 

 

 

24 Çiçək ayı, 37-ci il (24.04.2015)  

 

İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam