Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

QLLAND QİYAFƏSİNDƏKİ ANRİ BARBÜSÜN PASİFİSTLİYİ

 

“NEFT ÖLKƏSİNDƏ” YAŞAMIŞ QARA QARAYEVİN “ZƏRİFLİK” MONOOPERASI

 

GÜNümüzün və ELimizin MÖVLUDunda BADAMGÖZLÜLƏRİN ANDRONİK “HƏQİQƏTLƏR”İ

 

GÜN doğuşundan bəlli olar deyiblər. EL yumruğunu görməyənlər də öz yumruqlarını batman sanıblar. Belə ibrətamiz sözlərin MÖVLUDusa başımızın altına yastıq qoyan  çox nəsnələrə aydınlıq gətirər...

Qadın və uşaq kimi iki zəif məxluqa göstərilən qayğıya görə mədəniyyətin səviyyəsini qiymətləndirmək olar. Ancaq Quran oxumaqla donuzu zəmidən çıxarmaq cəhdi mədəniyyətin yox, daha çox nəyinsə həsrətilə curuldayan gödəniyyətin göstəricisidir. Bütün zamanlarda boğazımıza şərik çıxaraq çörəyimizi yeyən erməni qonaqların  həmişə bizdən ağzı əyri qalmaları, küsülü olmaları artıq bizlərə də sarsıdıcı yest etməyə şans verir ki, onların mədə niyyətlərini qilpu qırıq qablarına görə müəyyənləşdirək. Müqayisə aparanda bugünkü yüksək potensialımızı nəzərə alsaq, onda yetər daha ermənilərlə məğlub ölkənin vətəndaşları kimi boynubükük danışmağımız. QALİB ƏSGƏR kimi danışmağın tam zamanı çatıb: 27 İL, 27 YAŞ – AZMIDIR?!...

Yırtıcı heyvan kor olanda daha qorxunc şəkil alır. Bu gün bizə hansısa “demokratiya”nı ixrac etmək istəyən qorxunc xislətli Qərbin də gözü kordur. Əgər belə olmasaydı, işğal olunan dövlətlə işğalçı Ermənistan arasında bir fərq qoyardılar. Əgər belə olmasaydı, görərdilər ki, onların bu gün təlqin etmək istədikləri seçki mədəniyyətini düz 3 min il bundan qabaq türk xaqanları bəşəriyyətə təqdim ediblər. “Xalqların azadlığı” prinsipini də hər kəsdən qabaq özünün vəhşi nadanlıq dövrünü yaşayan qərblilər elə həmin türklərdən əxz ediblər. Bəşər tarixində mövcud olmuş 32 imperiyanın 20-ni qurmaqla dünyanın siyasi düzəninə türk dövlətçilik ənənələrini həkk edənlərə dərs demək istəyən qərblilər çiyinlərinin üstündən öz tarixlərinə boylansalar pis olmaz. Hamıdan öncə çöl atlarını əhliləşdirməklə 3 qitəni ayaqları alan türklər heç bir xalqın milli-mənəvi dəyərlərinə, dilinə toxunmayıblar. Türkün Kişi Sözü hər zaman bəşər tarixinə örnək olub və bunu onların özləri vurğulayırlar. Yenə də özləri vurğulayırlar ki, XVI əsrə qədər avropalı qadınlar övladlarını tərbiyə edərkən onlara “türk ol, türk!” deyərmişlər.

Türk millətinin belə bir ucalıqdan enişinə səbəb hər şeydən öncə öz UNUTQANLIĞI olub. Və bu mənəvi eybəcərliyin milli düşüncədə daha dərin kök salmasında katalizator rolu oynayan əslində Memfis monarxının yelpik daşıyanları tək səhnəyə çıxan, ancaq özlərini narsist düşüncə tərzinin daşıyıcıları tək aparanlardır. Məhz belələrinin ucbatından Azərbaycanın başının üstündə topa-topa buludlar görünməkdədir. Məmləkəti bürüyən qatı dumanlıqlar içərisində həmin narsistləri seyr edən Nigaran Ruhların boğuq iniltiləri gəlir. Onlarsa bunun fərqində deyillər. Gözümün önünə kitablardan oxuduğum 1685-ci ildə Böyük Lüdovikin zamanında bir hegenot QADINLA ONUN KÖRPƏSİNƏ VERİLƏN ZÜLMün görüntüləri gəldi. Lütləndirilmiş halda ağaca bağlanan qadının südəmər körpəsi bir az ondan aralıda yerə uzadılır. Qadının döşləri südlə, qəlbisə əzab və iztirablarla dolu idi. Ac və solğun uşaq anasının südlə dolu döşlərini görür və acından qıvrılaraq var gücü ilə ağlayır, dəhşət saçan göz yaşlarını saxlaya bilmirdi. Cəlladsa anaya “məsləkindən əl çək, qurtul bu zülmdən” deyirdi. Ancaq türklər hətta əsarətləri altında olan insanlara bunu etməyiblər, bunu edənsə Qərb oldu...

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – əxlaqsızlığın yaşam tərzinə çevrildiyini gördüyündən övladına “türk ol!” –deyə tərbiyə verən ananın dünyası!

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – aclığı, səfaləti, rəzaləti, xəstəlikləri qızıl teşt içində bəşəriyyətə təqdim etməklə utanmadan gözütoxluluq, mənəvi saflıq görüntüsü yaradan, anası bir addımlığında ikən mələk xislətli cocuqların timsalında südə həsrət qoyuzdurulanların dünyası!

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – özünü “özgür düşüncə” sahibləri tək aparan, ancaq bunun qarşılığında məsləklərindən dönmədiklərinə görə vətəndaşlarının  başları gilyotinlərdə üzülənlərin dünyası!

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – yalanla, riyakarlıqla izdivaca girib “demokratiya” donuna bürünərək özünü satışa çıxaran  şərin, böhtanın,  iftiranın  dünyası!

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – bəşəriyyəti xilas edəcək pasifist ədəbiyyatın yarandığı yerlər” ironikası ilə nasizm, sadizm, hannibalizm kimi siyasi fahişəliyi ixrac edənlərin dünyası!

BƏLİ, BU, HƏMİN QƏRB DÜNYASI İDİ – özünü olduğundan qat-qat artığına göstərməyi yaşam tərzinə çevirib başqalarını illüziya qurbanlarına çevirənlərin dünyası!...

O DÜNYANIN əbədi sakinlərindən olan Russelin, Hauptmanın, Barbüsün pasifist qənaətlərindən doğan ideyaları bu coğrafi məkanda yanlış tərzdə təqdim edənlər ya yazdıqlarının mahiyyətini dərk etmirlər, ya da onların dərk etdikləri “həqiqət” narsist düşüncənin MÖVLUDUdur. Ancaq bunun qarşılığında payın kim tərəfindən veriləcəyi sirri-xudadır...

Elə keçmişdə də belə olub. İlk olaraq Misirdə hakimiyyətdə olmuş Fatimilər sülaləsi tərəfindən ərsəyə gətirilən MÖVLUD GÜNÜnün qeyd olunması türk coğrafiyasına XVI əsrdə III Murad zamanından qədəm qoyub. Peyğəmbər (s.a.s) Əfəndimizin Doğum Günü şərəfinə təşkil olunan bu bayrama münasibətdə islam ümməti arasında bir fikir ayrılığı mövcuddur. Bir qisim insanlar bunun günah olduğunu vurğulayırsa, başqa bir qisim də bütün bunların dini inanclara ziddiyyət təşkil etmədiyini qeyd edir. Və hər iki tərəfin də öz “həqiqəti” var. Mənim düşüncəmdəki “həqiqət” budur ki, doğrusunu Allah bilir.

Və daha bir bidiyimiz odur ki, həmin bu bayramlarda gözəl səsli xətiblər minbərə çıxıb PEYĞƏMBƏR (s.a.s) ƏFƏNDİMİZİN DOĞULUŞUNU mədh edən MÖVLUDNAMƏLƏR oxuyurmuşlar.  Bundan feyziyab olan sultan da həm xətiblərə, həm də əyan-əşrəfə xeyli hədiyyə paylayırmış...

Həə, bax elə indi də yurnalistikamızdakı həmin xətiblər kimi davranan narsist nəslin nümayəndələri bir az bundan öncə Azərbaycan tərəfinə keçən Andronikin halıyla bağlı pasifistcəsinə çıxış etmədədirlər. Özünü Narkissosun ardıcılları tək aparan GÜNümüzün, ELimizin badamgözlüləri camaatı kor zənn etdiklərindən dərk etdikləri “həqiqətlər”in MÖVLUDundan ekstaz vəziyyətə düşüblər.  

Öncə Narkissos barədə bir ARAYIŞ: mifoloyi qəhrəman tək ədəbiyyata düşən bu cüvəllağı  bir gün öz əksini suda görür. Əksini görüb bundan ləzzət alır. Aşırı dərəcədə özünə vurulan Narkissos saatlarla özünə baxmaqdan doymur, axırda suya tullanır ki, öz “sevgisi”nə qovuşsun...Qovuşur və ölür. Daim fərqli düşünməyi, fərqli görünməyi özünə adət edən Narkissos “hamıdan güclü”, “hamıdan gözəl”, “hamıdan yaraşıqlı olması”yla fəxr edirdi. Özünə xəta yapmayan varlıq kimi baxırdı. Başqalarını dəyərsizləşdirməklə özünə BÖYÜK  YALANların ağuşunda isti bucaq tapırdı. Azərbayacanlı narsistsevərlər də belədir –özlərini məsum, düşüncələrini də az qala haqqın beşiyi kimi göstərirlər..

ƏVVƏLA, 24 aprel öncəsi Andronik adlı bir erməninin Azərbaycana təşrif buyurması adama bəzi zadları deyir.

İKİNCİSİ, Fransa prezidenti Ollandın yenə də həmin tarix öncəsi Azərbaycana gəlişi  adama bəzi zadları deyir.

ÜÇÜNCÜSÜ, Androniklə Ollandın gəlişindən qabaq Fransa Senatında prezidentin erməni lobbisinin iddialarına sərt təpki göstərməsi (guya da) adama bəzi zadları deyir.

DÖRDÜNCÜSÜ, o zaman haqq olaraq Macarıstanda ermənini qətlə yetirən zabitimiz Pamil Səfərova Ermənistandakı müxalifət partiyalarından birinin  “Ramili öldürənə 125 min dollar pul ödəyəcəyəm” deməsi ilə müqayisədə boynubükük vəziyyətdə biz tərəfə keçən Andronikə olan dırnaqarası qayğı və sayğı adama bəzi zadları deyir.

BEŞİNCİSİ, Qərbin üzü qara olan nöyütümüzü bizim üçün “xoşbəxtlik” kimi dəyərləndirməsi və sonradan həmin dəyərlərimizi əlimizdən almaqdan ötəri dərələr keçib, dağlar aşaraq Qafqazlara yetişməsi adama bəzi zadları deyir.

ALTINCISI, Şumer-Akkad mənbələrini dağıtmaqla dünya tarixinin, qədim türklərin, islam dünyasının evini yıxan Qərb dövlətlərinin birgəyaşayışla bağlı Cənubi Qafqazda ev tikmək istəkləri adama bəzi zadları deyir.

YEDDİNCİSİ,.. yeddincisi narsistlərə, pasifistlərə nostalyi hisslər yaşadan “ANDRONİKİN MÜDRİK SÖZLƏRİ”dir. Əzizlərim, BÖYÜK YALANLARın MÖVLUDundan GÜN kimi aydın olur ki, ELin tutduğu quşun quyruğu qısa olar. Və bunu adama zadlar yox, faktlar bəndbəbənd söyləyir. Lap elə Andronik məsələsində olduğu kimi.

a)”...nə olursa-olsun, necə olursa-olsun, nə o tərəfin (yəni, Ermənistanın-müəllif), nə də bu tərəfin (yəni, Azərbaycanın-müəllif) heç bir təbliğat vasitəsi “mənasız, boş yerə ölmək istəmirəm” cümləsinin həqiqi mənasını malalamaq iqtidarında deyil. Təbii ki, bu HƏQİQİ MƏNAnı (seçmə müəllifindir) anlayanlar üçün”;

b)”...o arıq, cılız, kasıb erməni oğlu gəlib VƏTƏNİ (seçmə müəllifindir) qorumalı...”.

“Andronikin müdrik sözləri”nin “HƏQİQİ MƏNASI”ndan belə çıxır ki, işğal olunmuş ərazilərimizdə Şəhid olan Oğul və Qızlarımız “mənasız” və “boş yerə” canlarını fəda ediblər, eləmi!!! Yalançıya səddamnyseynlərin, qəddafilərin pulunu yeyib sonunda onlara qənim kəsilən Olbrayt, Merkel, Olland, Buş, 4 kopiyasıyla Obamaya qənim kəsilən Putin  qənim olsun!..

BƏRƏKALLAH PASİFİST ƏDƏBİYYAT SEVDALISI OLAN NARSİSTLƏR!

“HƏQİQİ MƏNA” axtararaq “Andronikin müdrik sözləri”nin hərarətində qızınanların məntiqindən belə çıxır ki, bəli, ermənilər “arıq, cılız, kasıb” olaraq doğrudan da, Qərbin və erməni lobbisinin dediyi kimi “yazıq millətdirlər”. Və “məna” axtaranlar publisistik bicliklə “...erməni oğlunun gəlib Vətəni qoruması” faktını incəliklə yaltaqlanma kodu altında maraqlı tərəflərə mesay formasında göndərirlər.

BƏRƏKALLAH PASİFİST ƏDƏBİYYAT SEVDALISI OLAN NARSİSTLƏR!

SUAL OLUNUR, sizi and verirəm Anri Barbüsün “Neft ölkəsində” yaşamış Qara Qarayevin “Zəriflik” monooperasına, lütfən deyin görək, axı  nə vaxtdan Azərbaycan torpaqları Androniklərin “Vətəni” olub?....

Deyin də, nə olar. Axı CÜN öz işığını heç kimdən gizləməz. Balam, görən bunlar hansı ELdən dərs alıb Loğman olublar ki, narsistlərin, pasifistlərin MÖVLUDunu ən əziz bayramları tək qutlayırlar.

...Aha, anlaşıldı, yəqin  bugünkü Olland qiyafəsində olan Anrü Barbüsün ruhu onlara bunu təlqin edib...

 

 

P.S. Bu da bir yazıya münasibətdə Vətən torpağı üçün inildəyən NİGARAN RUHLARın MÖVLUDUydu ki, GÜN işığında Elimizə bəyan edildi.... 

 

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam