Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkələr arasında diplomatik əlaqələr bərpa edildi

 

 ABŞ prezidenti Donald Tramp, İsrailin Baş Naziri Benyamin Netanyahu və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayidin İsrail ilə BƏƏ arasında diplomatik əlaqələrin qurulması barədə aparılan danışıqlar yekunlaşıb.

Yenixeber.org: Danışıqların sonunda iki ölkə arasında diplomatik əlaqələrin qurulması barədə razılıq əldə edilib.

İsrailin Baş Naziri Beynyamin Netanyahu tərəflər arasında razılığın əldə edilməsini tarixi məqam adlandırıb.

 

 

                                  Beynyamin Netanyahu

 

“Bu, Yaxın Şərqin həyatında tarixi bir məqamdır. Menaxem Begin Misirlə, İshaq Rabin isə İordaniya ilə sülh müqaviləsi imzalamışdı və uzun illər davam edən böyük səylərdən sonra üçüncü bir ərəb ölkəsi ilə sülh müqaviləsi bağlandığını elan etməkdən şərəf duyuram”.

Əldə olunan razılaşmaya baxmayaraq BƏƏ Qüdsdə səfirlik açmağı planlaşdırmır. Bunu Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş bəyan edib. Onun sözlərinə görə, buna səbəb İsrail və Fələstin arasında mövcud münasibətlərdir.

 

 

                                          Şeyx Məhəmməd Bin Zayid

 

BƏƏ-nin vəliəhd şahzadəsi isə bildirib ki, razılıq Yaxın Şərqin inkişafına xidmət edəcək və İsrailin Fələstin torpaqlarını ilhaqının qarşısını alacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam