Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Qarabağ" yatağının çıxarılabilən neft ehtiyatlarının -həcmi açıqlandı

Qarabağ yatağının çıxarılabilən neft ehtiyatlarının həcmi açıqlandı

"Qarabağ" yatağının ümumi ehtiyatları 60 mln tondan çox qiymətləndirilir.

Yenixeber.org: Bunu jurnalistlərə "Qarabağ" əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov deyib.

Onun sözlərinə görə, yataqdan çıxarılabilən neft ehtiyatları 21 milyon tondan artıq, qaz ehtiyatları isə 13 milyard kubmetr hesablanır.

"Yataqda inşa olunacaq platformadan 6 neft quyusunun, 3 su vurma quyusu və 2 sualtı qaz quyusunun qazılması planlaşdırılır. Yataqdan gündəlik 5 min tondan çox, maksimum 4,5 mln kubmetr qaz hasilatı nəzərdə tutulur".

Qeyd edək ki, yataqda hasilata 2022-ci ilin sonunda başlanılması planlaşdırılır.

"Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib.

Xatırladaq ki, “Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR-la "Equinor" (keçmiş “Statoil”) şirkətləri arasında imzalanıb. Layihədə şirkətlərin hər biri 50% paya malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam