Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“53 milyard barrel ehtiyata malik neft yatağı aşkarladıq...”-Ruhani elan edib

Kapital10 noyabr — 15:52

İran prezidenti Həsən Ruhani ölkəsində nəhəng neft ehtiyatlarına malik yeni neft yatağının kəşf olunduğunu elan edib.

Yenixeber.org: Prezident Ruhani bu haqda noyabrın 10-da, Yəzd şəhərindəki mitinqdə açıqlayıb.

“Biz 53 milyard barrel ehtiyatlara malik yeni neft yatağı kəşf etmişik. Yataq Xuzestan əyalətindədir, sahəsi 2.4 min kvadratmetrdir”,-İran prezidenti deyib.

Ruhaninin sözlərinə görə, həmin nəhəng neft ehtiyatları yerin cəmi 80 metr dərinliyində yerləşir. Əgər deyilənlər doğrudursa o zaman yeni yataq İranın 65 milyard barrel ehtiyatlara malik Əhvaz neft yatağından sonra ikinci olacaq.

 

İran rəhbəri deyib ki, yeni yatağın kəşfi ölkənin neft ehtiyatlarının üçdə bir həcmində artmasına səbəb olacaq.

“Global Firepower”in hesabatına əsasən hazırda dünyada ən çox neft ehtiyatına malik ölkə Venesueladır-300 milyard barrel.269 milyard barrel ehtiyatla Səudiyyə Ərəbistanı və 171 milyard barrellə Kanada ikinci və üçüncü yerlərdədir. İranın isə sübut olunmuş neft ehiyatları 158 milyard barre idi.

Qeyd edək ki, İran ABŞ-ın sərt sanksiyalarının təsiri altındadır və bu üzdən neft ixracını kəskin məhdudlaşdırmağa məcbur olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam