Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

ABŞ hərçilərini -Almaniyadan çıxarmağa başladığını elan edib

Pentaqonun başçısı Mark Esper Amerika Birləşmiş Ştatları (ABŞ) hərbçilərinin Avropadan miqyaslı rotasya qaydasında çıxarılmağa başladığını və onların bir hissəsinin vətənə qaytarılacağını elan edib.

Yenixeber.org: Beləliklə, ABŞ-ın Almaniyadakı 36 minlik kontingenti təxminən 24 min nəfərədək azalacaq və bu zaman onların 6,4 mini vətənə qayıdacaq.

«Avropa komandanlığının cari planı təxminən 11,9 min hərbçinin Almaniyadan çıxarılıb, yerinin dəyişdirilməsindən ibarətdir» - deyə, Esper bəyan edib.

Qeyd olunur ki, 5600 nəfərə yaxın hərbçi digər NATO ölkələrində yerləşdirilib, o cümlədən, Rusiyanı dayandırmaq və müttəfiqlərin təhlükəsizliyini təmin etmək üçün Belçika və İtaliyada.

ABŞ həm də Polşaya və Baltik ölkələrinə əlavə qüvvə yeritmək imkanlarına baxır. Bölmələrin bir sırası rotasiya əsasında «şərqdə və Qara dəniz rayonunda» qalmaqda davam edəcək.

Bundan başqa, Avropa komandanlığının qərargahı Almaniyanın Ştutqart şəhərindən Belçikaya (Belçikanın Monse şəhərində NATO-nun qərargahı yerləşir, ABŞ-ın Avropa qüvvələrinin komandanı eyni vaxtda NATO Baş komandanı postunu tutur) köçürüləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam