Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ QƏTƏRƏ F-22 QIRICILARI GÖNDƏRİB –Fars körfəzi gərginlik altında

f22

Amerika Birləşmiş Ştatları (ABŞ) Qətərə çoxtəyinatlı F-22 qırıcıları göndərib. Onların istehsalında «stels-texnologiyalar»dan («görünməz») istifadə olunub.

Yenixeber.org: ABŞ hərbi-hava qüvvələri (HHQ) zərbə təyyarələrinin «Əl-Udeyd» (Qətər) bazasında dislokasiya olunması ABŞ-ın hərbi iştirakının gücləndirilməsi istiqamətində növbəti addım oldu. Bölgədə İranla toqquşmanın yüksək riski isə davam edir. Bu barədə iyunun 29-da Qətərin «Əl-Cəzirə» telekanalı məlumat verib.

«Bu təyyarələr (F-22) ilk dəfədir ki, Yaxın Şərqdə ABŞ qüvvələrinin və maraqlarının müdafiəsi məqsədilə Qətərdə yerləşdirilir» – deyə, ABŞ hərbi qüvvələri Mərkəz komandanlığının (CENTCOM, Yaxın Şərq bu komandanlığın məsuliyyət dairəsində yerləşir) xəbərində bildirilir.

CENTCOM-da Qətərə nə qədər qırıcının «tullandığı» məsələsini dəqiqləşdiməyiblər, amma sosial şəbəkələrdə yerləşdirilmiş fotoşəkillərdən «Əl-Udeyd» bazası üzərində 5 ədəd döyüş maşınını müşahidə etmək olur.

Şənbə günü səhər tezdən İranın xarici işlər naziri Mohəmməd Cavad Zərif bəyan edib ki, İslam Respublikası ABŞ-ın istənilən sanksiyalarına və bölgədəki hərbi hazırlıqlarına qətiyyətlə qarşı çıxacaq – 1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı olduğu kimi.

«Biz o vaxt müqavimət göstərdik, indi də bunu edəcəyik» – deyə, Zərif öz «Tvitter»ində yazıb.
«Biz, heç vaxt qərb dünyasının o zaman Səddamı dəstəklədiyini və silahlandırdığını unutmayacağıq» - İran XİN başçısı qeyd edib.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam