Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkələr arasında Yol Xəritəsi layihəsi müzakirə edildi

 

 Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin müzakirəsi məqsədilə üç ölkənin nümayəndələrindən ibarət İşçi Qrupun videokonfrans formatında görüşü keçirilib.
Yenixeber.org: Nazirlər Kabinetindən xəbər verilir ki, görüşdə çıxış edən İşçi Qrupun Azərbaycan tərəfindən rəhbəri, Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin iyulun 2-də videokonfrans vasitəsilə keçirilmiş görüşü zamanı verilmiş tapşırıqlara uyğun olaraq Azərbaycan tərəfindən üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin hazırlandığını qeyd edib.

Tərəflər Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında əsasən nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafına dair geniş fikir mübadiləsi aparıblar.

İşçi Qrupa Əfqanıstan tərəfindən Mərkəzi Bankın sədri vəzifəsini icra edən Acmal Ahmadi, Türkmənistan tərəfindən isə Nazirlər Kabinetinin sədr müavini Bayramgeldi Ovezov rəhbərlik edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam