Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Aşqabadda nazirlərin üçtərəfli görüşü keçirilib

 

Nazirlər üç ölkənin prezidentlərinin iştirakı ilə görüşün təşkil edilməsi ilə bağlı razılığa gəliblər

 

"Xeberinfo.com":  Məlumata görə, bu gün Aşqabadda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Raşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun ikinci üçtərəfli görüşü keçirilib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı tərəflər hər üç ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsi ilə bağlı razılıq əldə olunub.

 

Görüşdə tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bu sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə tərəflər işçi görüşlər səviyyəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd edilib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı əlaqələndirmə məsələləri ətrafında müzakirələr aparılıb.

 

Görüş zamanı çıxış edən E. Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin regionda nəqliyyat infrastrukturunun daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Nazir təhsil sahəsində əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edərək, ADA Universitetinin rektoru Hafiz Paşayevin bu görüşlərdə iştirakının müsbət hal olduğunu diqqətə çatdırıb.

 

Dünyada cərəyan edən hadisələrin fonunda bu formatda üçtərəfli görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayan E. Məmmədyarov bunun Azərbaycan, Türkmənistan və Türkiyə əlaqələrinin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini söyləyib.

 

Görüşün sonunda Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün nəticələrinə dair Birgə Bəyanat imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam