Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

İlham Əliyev Böyük Britaniya baş nazirinin elçisini qəbul edib

 

Bu gün prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini və Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

"Xeberinfo.com": Məlumata görə, Beynəlxalq Telekommunikasiya İttifaqının yeni seçilmiş baş katibi Haulin Zao ilə görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurların əldə edildiyi vurğulanıb. “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin ənənəvi olaraq hər il Bakıda keçirilməsinin və tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd edilib, sərginin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendri ilə görüşdə isə dövlət başçısı Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu və dinamik inkişaf etdirildiyini vurğulayıb. Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin ölkəmizdə qeyri-enerji sektorunun inkişafında fəal iştirak etməsindən məmnunluğunu bildirib və bunu tərəfdaşlığımızın yaxşı əlaməti kimi dəyərləndirib.

 

Dövlət başçısı İlham Əliyev Çarlz Hendrinin Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakının önəmini vurğulayıb. Azərbaycan prezidenti ölkələrimiz arasında neft-qaz, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu dedi. Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakından məmnunluğunu bildirən Çarlz Hendri bu sahədə əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Çarlz Hendri Böyük Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən metro tikintisi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam