Redaktor seçimi
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Günün xəbəri

BNA -avtobuslarda sərnişin sıxlığına aydınlıq gətirdi

 

Bu gün müəyyən xətlərdə sərnişin sıxlığı müşahidə olunur. Hər gün səhər və axşam pik saatlarında biz bunun şahidi oluruq. Gündəlik olaraq Bakı Nəqliyyat Agentliyi rəhbərliyi və şəxsən sədr özü ərazidə vəziyyətlə yerində tanış olur.
Yenixeber.org: Bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazrda sərnişindaşımaları yalnız ictimai nəqliyyatın bir növü olan avtobuslarla yerinə yetirilir.

"Müntəzəm xətlərlə yanaşı əlavə, 7 sayda ekspres xətt fəaliyyət göstərir. Bütün xətlər üzrə gündəlik təxminən 2000-ə yaxın avtobus xəttə buraxılır. Hər gün yüzlərlə əməkdaş sərnişindaşımaların təşkilinə cəlb olunur. Səhər və axşam pik saatlarında İdarə Heyətinin sədri və üzvləri müxtəlif ərazilərdə olur, vəziyyətlə yerində tanış olurlar. Bakı Nəqliyyat Agentliyi bütün səy və qüvvəsini pandemiya şəraitində sərnişindaşımaların təşkilinə yönəldib. Eyni zamanda bir məqamı da diqqətinizə çatdırım ki, hər ötən gün gündəlik sərnişin-səfər sayında artım qeydə alınır".


M.Ağayev bildirib ki, aprel-may aylarında tətbiq olunan karantin rejimi ilə indiki vəziyyəti müqayisə etsək, sərnişin sayında 15-20 % artım var.

 
"Sərnişin təlabatını qarşılamaq üçün daşıyıcılarla iş aparılır, onlara rəsmi xəbərdarlıq olunub ki, gündəlik xəttə çıxan avtobus sayı azaldılmasın. Bunun nəticəsidir ki, adi yay rejimi ilə müqayisədə bu gün xəttə 20% çox avtobus çıxarılır. Lakin bəzi daşıyılar tərəfindən qoyulan tapşırıqlara əməl olunmaması halları da var. Bunlar bizə məlumdur. Bununla əlaqədar bir neçə dəfə daşıyıcı şirkət "Çinar-Trans" MMC-nin rəhbəri İsmayıl Hüseynova xəbərdarlıq olunub. Avtobusların sayının pandemiya şərtlərinə uyğun tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Ən son ötən həftə analoji vəziyyətlə bağlı izahatı alınıb. Ümumilikdə bildirim ki, bu xətt sərnişinlərin daha çox narazı qaldığı xətlərdəndir. Təbii əgər daşıyıcı üzərinə düşən vəzifə borcunu düzgün icra etmirsə və sərnişindaşıma qaydalarına uyğun olmayan formada işini qurursa, o mütləq şəkildə daşımalardan kənarlaşdırılmalıdır. Ən son 11, 24 və 30 nömrəli xətlər üzrə bu addım atılıb. Bizim üçün önəmli olan sərnişinlərimizin rahatlığıdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam