Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

10 gündə -Bakı Avtovağzalından 60,2 min sərnişin yola salınıb

10 gündə Bakı Avtovağzalından 60,2 min sərnişin yola salınıb
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər və dezinfeksiya prosesi avtobuslarda, eləcə də bütün avtovağzal ərazisində hər gün səhər və axşam saatlarında mərhələli şəkildə davam edir.
Yenixeber.org: BBAK-dan verilən məlumata görə, gün ərzində 300-dən çox avtobus dezinfeksiya olunaraq reysə buraxılır və bu proses heç bir sərnişin sıxlığına səbəb olmur. Belə ki, son 10 gündə 2 min 628 reyslə 60 min 270 sərnişin avtovağzaldan yola salınıb. 175 reyslə 3 min 455 sərnişinin beynəlxalq istiqamətlərdə (Gürcüstan, Rusiya, Türkiyə) gedişi təmin edilib. Ən çox sərnişin martın 3-də müşahidə olunub. Həmin gün 470 reyslə 13 minədək sərnişin biletlə təmin olunub. Digər günlərdə isə sərnişin sayı gündəlik normaya uyğun olaraq 6-8 min arasında dəyişib.

Şəhərlərarası istiqamətlərdə Gəncə, “Qırmızı Körpü”, Mingəçevir və Şəki istiqamətinə, beynəlxalq reyslərdə isə Gürcüstan istiqamətinə gedən sərnişinlər üstünlük təşkil edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq (012) 406-01-58/59 nömrəli “Məlumat mərkəzi” həftənin 7 günü 24 saat fəaliyyət göstərir. Görülən təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərə müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam