Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mərkəzi Bank: -“Bu məlumat ictimailəşsə, bankın vəziyyəti daha da pisləşər”

“Banklara qoyulan qadağaların ictimailəşdirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş formaları var. Hansısa bir banka əmanətin qoyulmasına qadağanın qəbul olunmasını ictimailəşdirmək olmur”.

Yenixeber.org: Bunu bağlanan banklar tərəfindən əmanət qəbulunu qadağan edilməsinə baxmayaraq cəlb edilməsi məsələsini şərh edən Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin I müavini Alim Quliyev deyib.

O bildirib ki, bu məlumat ictimailəşsə bankın vəziyyəti daha da pisləşər:

“O zaman insanların həmin bankda olan əmanətlərinin bir anın içində çəkməsi problemi yaranardı. Əgər bir vətəndaş bilsə ki, bu banka əmanətin qəbulunu qadağan ediblər, onda orda kim vəsaitini saxlayar?”.

AMB rəsmisi deyib ki, gələcəkdə belə halların olmaması üçün qanunvericiliyə yenidən baxılacaq:

“O istiqamətdə tədbirlər görülür. Ümumiyyətlə əmanətlərin sığortalanma mexanizminin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank təkliflər hazırlayır. Yəqin ki, ilin sonuna qədər qəbul olunar”.

Mərkəzi Bankın sədrinin müavini Aftandil Babayev isə həmin məlumatların açıqlanmasının maliyyə sabitliyinə zərər vura biləcəyini qeyd edib: “Həmin məlumatların açıqlanması həm bankın özünün vəziyyətinə, həm də maliyyə sabitliyinə ciddi zərbə vurar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam