Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bankın hesablarına həbs qoyuldu

 

"United Credit Bank"da əmanət yerləşdirən müştərilər pullarını ala bilmir

"Xeberinfo.com":   Məlumata görə,  bu barədə "APA-Economics"ə bankın müştəriləri xəbər verib.
Əmanətçilər qeyd edir ki, bu vəziyyət artıq 2 aya yaxın davam edir. Müştərilərin sözlərinə görə, onların "United Credit Bank"a, o cümlədən Azərbaycan Mərkəzi Bankına bununla bağlı etdiyi müraciətlər nəticəsini vermir.
Müştərilərdən biri deyir ki, o əmanəti müalicə üçün götürmək istəyib və bu hal onunla bank arasında bağlanan müqavilədə də göstərilib. Lakin bank vəsaiti verməkdən imtina edib və əmanətçi müalicəsini digər bankdan götürdüyü kredit hesabına aparıb. Bunu nəzərə alaraq, əmanətçi bankdan ona dəymiş ziyanın ödənməsini tələb edir.
Qeyd edək ki, bu cür əmanətçilərin sayı onlarladır.
Faktı bankdan da təsdiq ediblər. Bank əmanətçilərin suallarının cavablandırılması üçün Kristina Yurçenko adlı nümayəndə də təyin edib. Maraqlıdır ki, xanım yalnız rus dilində danışır.
Bankın nümayəndəsi deyib ki, problemin yaranmasına səbəb bankın hesablarına qoyulan həbsdir. “Söhbət həm yerli banklarda, həm də ölkə xaricində olan hesablardan gedir. Hesablara həbs məhkəmə çəkişməsi ucbatından qoyulub. Bu məsələ ilə bağlı hər gün onlarla əmanətçi zəng edir. Söhbət bankın bağlanmasından getmir. Lakin bankımız bağlansa belə, "United Credit Bank" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əmanətçilər öz pullarını ala biləcəklər", - deyə o qeyd edib.
Bankın nümayəndəsi bildirib ki, problemin aradan qaldırılması üçün maliyyə təşkilatının rəhbərliyi əlindən gələni edir.
Bununla belə, əmanətçilərin pullarını nə zaman ala biləcəyi ilə bağlı məlumat verilməyib.
Sığortalanmış əmanət nədir?
Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.
Əmanətçiyə ödənilən kompensasiyanın məbləği nə qədərdir?
Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.
Əmanətlər üzrə faizlər hansı məbləğdə ödənilir?
Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, əmanətin məbləği və faizlər yuxarıda göstərilən kompensasiya məbləğindən artıq olmasın.
Sığorta hadisəsi baş verdikdə kompensasiya hansı valyutalarda ödənilir?
Sığorta hadisəsi baş verdikdə kompensasiya:
- milli valyutada olan əmanətlərə - manatda;
- həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
- ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutalarda;
- digər valyutalarda olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesblanmış ABŞ dolları və ya avroda.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam