Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Sabaha olan-hava proqnozu

 
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, 16 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

16 iyulda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 16-da Abşeron yarımadasında temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam