Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tovuzlu futbolçu:"Bir əmrlə ermənilərin kökünü kəsərik"

Tovuzlu futbolçu: Bir əmrlə ermənilərin kökünü kəsərik

"Hazırda özüm Bakıda olsam da, qohumlarım dostlarım, mənə əziz olan bir çox insan döyüşlərin getdiyi rayondadır. Məlum hadisələrdən ölkəmizdə hamı xəbərdardır".

Yenixeber.org: Bu fikirləri açıqlamasında "Səbail" futbol komandasının qapıçısı Kamal Bayramov son günlər Azərbaycan - Emənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələrdən danışarkən deyib.

Təcrübəli oyunçu bildirib ki, bölgədə şiddətli döyüşlər getsə də, Tovuz və ətraf rayon sakinlərində heç bir qorxu, narahatlıq yoxdur: "Təsərrüfat işləri əvvəlki qaydada davam edir. Sadəcə, sərhədə yaxın ərazilərdə bu işlər bir qədər ehtiyatla həyata keçirilir. İnsanlar öz evlərindədir və vəziyyət ordumuzun nəzarəti altındadır".

Bayramovun sözlərinə görə, Milli Ordu son 2-3 gündə düşmənə olduqca ağır zərbələr endirib: "Doğmalarım, dostlarım deyirlər ki, mərmilərin səsi şəhərin mərkəzində aydın eşidilir. Hər kəs döyüşə getmək arzusu ilə alışıb-yanır. Biz millət olaraq, öz borcumuzu qaytarmalı, gələcək nəsillərin bütöv Azərbaycan görməsi üçün canımızdan keçməliyik".

Futbolçu ön cəbhəyə yollanıb düşmənə qarşı vuruşmağa hazır olduğunu söyləyib: "Dövlətimi, millətimi sevirəm və şəhid qardaşlarım kimi mən də canımdan keçməyə hazıram. Ali Baş Komandanın bir əmri yetər ki, ermənilərin kökünü kəsək".

Bayramov sonda döyüşlər nəticəsində şəhid olan hərbçilərə Allahdan rəhmət diləyib: "Allah onların yerlərini cənnət etsin. Ailələrinə səbr, yaralı qardaşlarımıza şəfa arzulayıram"a


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam