“Mənim orada yüzlərlə dostum var, özüm orada yatmışam, gəlib mənə baş çəkiblər. Hər bir klinikada Qubadan, Bakıdan adam var. Mənə zəng edib deyərdilər ki, sizin bir məmurunuz bizdə müalicə olunur. Heç birindən zəng gəlməyib. Mənim özümün də xəstəxanaların bir neçəsi ilə daimi əlaqəm var.
Dünən sabiq deputatlardan biri mənə zəng etmişdi ki, bir qohumumu Rambam xəstəxanasına aparmaq istəyirəm. O da ağır vəziyyətdədir, Allah ona şəfa versin! Rambamda da mənim çox yaxın dostlarım var, amma onlardan heç biri mənə deməyib ki, sizin məmur buraya gətirilib”, – Yevda Abramov bildirib.(müsavat)