Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Onlar 4-5 il əvvəl millidə oynaya bilməzdilər” – O da futbolçularımızı yıxıb-sürüdü

“Onlar 4-5 il əvvəl millidə oynaya bilməzdilər” –

Son günlər futbol üzə Azərbaycan milli komandasının uğursuzluqları gündəm mövzusudur. Bununla bağlı olaraq, millimizin sabiq futbolçusu Vaqif Cavadov da açıqlama verib. O bildirib ki, indiki futbolçular əvvəl nəinki əsas heyətə, heç “50-liy”ə belə düşə bilməzdilər.

Yenixeber.org: “İndiki futbolçuların çoxu 4-5 il əvvəl nəinki əsas komandada "18-liy"ə düşməzdilər, heç əvəzedici heyətlərə də buraxılmazdılar. Amma indi görürəm, onların arasında milli komandaya çağırılanlar da var. Bu da çempionatın səviyyəsinin aşağı olmasından irəli gəlir. Əminəm ki, onlar Torresin, Foqtsun dönəmində heç "50-liy"ə də düşməzdilər. Məni düzgün başa düşsünlər, amma indi Mahir Şükürov, Kamran Ağayev kimi səviyyəli futbolçu yoxdur. Hamısı ilə yaxşı münasibətim var, elə çıxmasın ki, futbol oynamadığım üçün onları "baltalayıram". Mən də başa düşürəm ki, cavanlara yol açmaq lazımdır. 26-27 yaşlı futbolçuya cavan deyiriksə, onda futboldan anlayışımız yoxdur. Karyeramı bitirmək istəsəydim, bunu çoxdan edərdim. Kim nə edirsə, özünə edir. Gec-tez haqq-ədalət öz yerini tapacaq, haqsızlığı edənlər özləri o duruma düşəcəklər. Onları Allaha tapşırıram, düzgünlük qalib gələcək”, - deyə V. Cavadov bildirib.

Bəs, görəsən, həqiqətən indiki futbolçular əvvəlkilərdən daha zəifdir?

Bununla bağlı millimizin sabiq baş məşqisi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Yeni Sabah”a açıqlamasında V.Cavadovun fikirləri ilə razı olduğunu bildirib:

“Vaqiflə razıyam, futbolçular zəifdir. Öz üzərlərində işləmirlər. Futbolun qaydaları var. İstedadlı oyunçu olsan belə, sən üzərində işləməsən, o istedad itib-batacaq. Futbolçular fərdi işləməyi bacarmalıdır. Bizdə çoxu fərdi işləmir. Gündə 1 saat məşq etməklə, sən futbolçu ola bilməzsən. İşləməklə yanaşı, futbolçunun rejimi olmalıdır. Bunlar olmasa, təbii ki, zəif olacaqlar. Elə oyunçular var ki, 4-5 il əvvəl oynaya bilməzdilər. Vaqif düz deyir. Bu da futbolçu qıtlığından da irəli gəlir. Düzdür, oyunçu var, amma klublar da işləməlidir də. Biz ancaq yığmanın üstünə düşürük. Amma demirik ki, bu futbolçular haradan gəlir? Bunlar klublarında niyə zəif oynayırlar? Söhbət budur. Bu həll edilməlidir”.

Mircavadov futbolçu qıtlığın danışıb və bunda klubların böyük pay sahibi olduğunu vurğulayıb:

“Bəli, futbolçu qıtlığı var. Bu barədə deyilən fikirlərlə razıyam. İndiki halda cavan oyunçular çox nadir hallarda milliyə gəlir. Burada da önəmli fakt odur ki, klublar futbolçular üzərində işləməlidir. İmkan xaricində yaxşı, bacarıqlı uşaqları xaricə göndərmək lazımdır. Klubların sayı artırılmalıdır, klublarda məşq prosesi gücləndirilməlidir, məşqçilər maarifləndirilməlidir. Bunlar bir-birilə sıx əlaqədə olan proseslərdir. Çempionatda rəqabət olmalıdır. Birinci yer uğurunda 4-5 klub mübarizə aparmalıdır. Əvvəl elə idi. Ona görə də oyunçu da artıq idi. Məsələ keyfiyyətli oyunçudan gedir. Hamı dərk etməlidir ki, xaricdən çox sayda oyunçu gətirməklə, futbol inkişaf eləməz. Vallah, bunlar olmasa, vəziyyət get-gedə daha da ağırlaşacaq”.

Mütəxəssis sabah Avropa Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Sevilya” – “Qarabağ” matçı haqqında da fikirlərini bölüşüb: 

“İstərdim ki, “Qarabağ” “Sevilya”dan xal alsın. “Qarabağ”ın taleyi öz əlindədir. APOEL-lə oyunlar bizim xeyrimizə həll olunsaydı, təbii ki, daha yaxşı olardı. Onda bizim heç “Sevilya” ilə oynamağımıza ehtiyac qalmazdı. Amma indi “Qarabağ”a 1 xal almaq vacibdir. Yox, əgər APOEL-lə xallarımız eyni olsa, onlar qrupdan çıxacaq. Bunun üçün də “Qarabağ” səfərdən xalla qayıtmalıdır ki, burada da “Düdelanj”a qalib gəlib, qrupdan çıxa bilsin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam