Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Azərbaycan Dünya Bankının hesabatında -təcrübəsinə ən çox istinad edilən ölkə oldu

Azərbaycan Dünya Bankının hesabatında təcrübəsinə ən çox istinad edilən ölkə oldu

Dünya Bankının “Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması” mövzusunda hesabatı dərc olunub.

Yenixeber.org: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, hesabatın əhatə etdiyi Avropa və Mərkəzi Asiya bölgəsində ən çox Azərbaycan təcrübəsinə (case study) istinad edilib.

Belə ki, hesabatın üç bölməsində - “Dövlət siyasəti proseslərinin gücləndirilməsi”, “Xidmətin çatdırılmasının idarə edilməsi” və “Siyasətin səmərəliliyinin artırılması drayverləri və amilləri” hissələrində Azərbaycan təcrübəsi geniş təhlil edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyilə strateji yol xəritələri qəbul edilib, islahatların effektiv idarəedilməsi mexanizmi qurulub, ölkə dalbadal dünyanın ən islahatçı dövlətləri sırasına yüksəlib və Azərbaycan monitorinq və qiymətləndirmə sahəsində innovativ həlləri tətbiq etməklə “nəticə-əsaslı yaxşı idarəetmə” nümunəsi yaradıb. Prezidentin yaratdığı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət-özəl dialoqu əsasında islahatların inklüzivliyinin təmin edilməsində rol oynayır.

Hesabatda Azərbaycandakı məhkəmə-hüquq islahatlarına da yer ayrılıb. Bildirilib ki, məhkəmələrdə yaradılan elektron sistem səmərəliliyə nəzarət, e-qərar və e-siyasət mexanizmlərinin inkişafını əhəmiyyətli dərəcədə yaxşılaşdıra və sadələşdirə bilər. Məhkəmə nəbzi (Court Pulse sistemi) inkişaf etmiş İKT sisteminin sadəcə kiçik bir hissəni təşkil edir. Elmi baxımdan yaradılaraq tətbiq olunan səmərəliliyin kəmiyyət baxımından idarəetmə sistemi məhkəmələrdə təkmil və standartlaşdırılmış qərar qəbul etmə prosesini təmin edərək vaxt, keyfiyyət və xərclərin səmərəliliyi / məhsuldarlıq kimi aspektləri əhatə edir.

Hesabatda həmçinin Azərbaycanın neftlə zəngin ölkə kimi hasilat sənayesinin şəffaflığı üzrə beynəlxalq təşəbbüslərdə iştirakına da yer ayrılıb. Qeyd olunub ki, maraqlı tərəflər arasında dialoq qurmaq, hökumətə etimadı artırmaq və investisiya mühitini yaxşılaşdırmaq üçün hasilat sənayesində şəffaflıq təşəbbüsü vacibdir.

Dünya Bankının “Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması” mövzusunda hesabatı ilə bu linkdən tanış olmaq mümkündür:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam