Azərbaycan donor ölkə statusu alıb
Azərbaycan beynəlxalq aləmdə donor ölkə statusu alıb.
Yenixeber.org: Mərkəzi Bankdan verilən məlumata görə, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasının reallaşması nəticəsində bu gün Azərbaycanda sosial-iqtisadi inkişafın bütün istiqamətlərində tarixi nailiyyətlər əldə olunub. 2003-cü ildə ölkə Prezidenti seçilmiş İlham Əliyev ölkənin daha da müasirləşməsinə hədəflənən yeni strateji vəzifələr irəli sürüb və ölkəmizin sosial- iqtisadi həyatında radikal dönüşə nail olunub.
İqtisadi quruculuq tarixinə “qızıl dekada” kimi daxil olan bu dövrdə milli iqtisadiyyat 3 dəfədən çox böyüyüb, orta iqtisadi artım tempi orta dünya iqtisadi artım tempini 3 dəfədən çox qabaqlayıb. Azərbaycan yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olub, yoxsulluq səviyyəsi 9 dəfədən çox azalaraq 5 faizə düşüb, 1 milyondan çox yeni iş yeri yaradılıb, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Valyuta ehtiyatları 28 dəfə artıb və illik ÜDM səviyyəsinə çatıb.
Qazanılan nailiyyətlər Azərbaycan iqtisadiyyatının müasirləşməsini təmin etməklə onun beynəlxalq siyasi-iqtisadi nüfuzunu daha da artırıb. İqtisadi qüdrətini davamlı şəkildə yüksəldən ölkəmiz dünya miqyasında kreditor mövqelərini gücləndirməkdədir. Ölkədə həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq, eyni zamanda, əldə olunan iqtisadi uğurlar, maliyyə imkanlarının artması nəticəsində Azərbaycan xarici ölkələrdə müxtəlif irimiqyaslı investisiya layihələrini maliyyələşdirir, o cümlədən sosial-mədəni layihələr həyata keçirir, humanitar yardımlar göstərir. Tədricən kreditor və mühüm investor ölkəyə çevrilməkdə olan Azərbaycan, eyni zamanda, donor ölkə statusu qazanmağa başlayıb.
Azərbaycan bu mövqeyə gəlib çıxmaq üçün uzunmüddətli iqtisadi quruculuq yolu keçib və bütün bu işləri mütərəqqi beynəlxalq təcrübə əsasında həyata keçirmək üçün beynəlxalq maliyyə-kredit institutları, xüsusilə, Dünya Bankı ilə sıx əməkdaşlıq edib. Struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması bu dövrdə Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın başlıca istiqamətləri olub.
Bu ilin yanvarında Prezident İlham Əliyev Dünya Bankının keçmiş baş icraçı direktoru, Beynəlxalq Valyuta Fondunun hazırkı icraçı direktoru xanım Kristalina Georgiyeva ilə Davosda keçirdiyi görüşündə Dünya Bankı ilə əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirən K.Georgiyeva qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. O, Azərbaycanın nail olduğu maliyyə-iqtisadi qüdrətini nəzərə alaraq Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) yoxsul ölkələrə yardım proqramına donor ölkə kimi qoşulmasını təklif edib. Bildirib ki, Azərbaycan vaxtilə Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son 20 ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub. Dövlətimizin başçısı Dünya Bankının sözügedən proqramda Azərbaycanın donor kimi çıxış etmək təklifini məmnuniyyətlə qəbul edib.
Dekabrın 12-də İsveçin paytaxtı Stokholmda keçirilən Beynəlxalq İnkişaf Assosiasiyasının 19-cu Resurslara Əlavələr Təşəbbüsü üzrə yekun iclasında Azərbaycanın vaxtilə BİA-dan kredit alan ölkədən Dünya Bankının yoxsul ölkələrə yardım proqramına dəstək göstərən donor ölkəyə çevrilməsi barədə rəsmi qərar qəbul edilib. Bununla da Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasına yalnız maliyyə dəstəyi göstərən ölkə yox, eyni zamanda, BİA ölkələri ilə özünün uğurlu inkişaf təcrübəsini bölüşməyə hazır ölkə kimi qiymətləndirilib. Toplantıda Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, biznes idarəetmə islahatları, dövlət xidmətlərinin keyfiyyətli və səmərəli formada çatdırılması, neft gəlirlərinin istifadəsində şəffaflıq və effektivlik, iqtisadi və sosial infrastrukturun müasirləşdirilməsi və sair bu kimi istiqamətlərdə əldə olunmuş uğur təcrübəsinə malik olduğu qeyd edilib. Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasına donor ölkə olması onun beynəlxalq arenada nüfuzunun artması və etibarlı qlobal tərəfdaş olmasının yeni bir nümunəsidir. Hazırda Beynəlxalq İnkişaf Assosiasiyasına üzv olan 173 ölkədən yalnız 55-i donor ölkə statusuna malikdir.
Qeyd edək ki, əslində Azərbaycan vaxtilə Beynəlxalq İnkişaf Assosiasiyası üzrə kreditlərin böyük hissəsini vaxtından əvvəl ödəməklə quruma donorluq dəstəyi göstərib. Belə ki, 2012-ci ildə Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycanın böyük iqtisadi uğurlara nail olduğunu, maliyyə qüdrətinin artdığını və bunun nəticəsində dünyada yuxarı orta gəlirli ölkələr sırasına daxil olduğunu nəzərə alaraq, qalıq borcların ödənilməsinin sürətləndirilməsi və vaxtından əvvəl qismən ödənilməsi üçün Azərbaycana müraciət edib. Azərbaycan bu müraciətə dəstək olaraq 2013-cü ildə Beynəlxalq İnkişaf Assosiasiyasına 300 milyon dollar vəsait ödəyib.
Bu gün Prezident İlham Əliyev yeni sosial-iqtisadi çağırışları nəzərə alaraq ölkədə yeni nəsil islahatlara başlayıb. Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Geniş miqyaslı bu islahatlar ölkədə yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün zəmin yaradır. Son dövrlər həyata keçirilən struktur-institusional islahatlar keyfiyyətçə yeni sosial-iqtisadi artım modelinə keçidi dəstəkləyir və bu islahatların əsas hədəfi Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasıdır. Ölkədə aparılan bu islahatlar Azərbaycanın iqtisadi qüdrətini daha da gücləndirəcək və onun beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq.