Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ermənistanda bu nazirin tribunala verilməsi tələb olundu

 

 “Səhiyyə naziri Arsen Torasyanı dərhal əvəzləmək lazımdır. Koronavirusla normal mübarizə edə biləcək bir adam gələnə qədər nazirlər dəyişdirilməlidir".
Yenixeber.org: Bunu tibb elmləri doktoru, professor, Strateji İslahatlar üzrə Milli Şuranın həmtəsisçisi Petros Ananikyan Ermənistanın baş naziri Nikol Paşinyana müraciətində deyib.

Ananikyan bildirib ki, əgər ölkədə hərbi vəziyyətdirsə, dünyanın heç bir ölkəsi məğlub olmuş komandirlə addımlamaqda davam etməz.

"Bizim vəziyyətimizdə səhiyyə naziri kimi bir komandiri ən azı tribunal gözləməlidir və onu mühakimə etmək lazımdır. O, yeni tələblər irəli sürməməli, cəza batalyonuna göndərilməlidir. İnfeksiya ilə mübarizə apara bilmədisə, hökumət özünü doğrultmadısa, onunla bu şəkildə davranmaq lazımdır".

Torosyan deyib ki, insanlar maska taxmalıdırlar, çünki antitel istehsal olunmadığı üçün insanlar 2-ci, hətta 3-cü dəfə yoluxa bilərlər.

Erməni professorun sözlərinə görə, ölkədə baş verənlər dəhşətli cəhalətdir, bütün mütəxəssislər bunu başa düşürlər.

"Peyvəndə gəldikdə, onu yaratmaq üçün ən azı bir il vaxt lazımdır. Bundan əlavə, normal peyvəndlərin daha bir neçə il sınaqdan keçirilməsi tələb olunur. Baş nazir peyvənd haqqında danışanda, onun günahı budur ki, belə bir səhiyyə naziri var. Bağışlayın, özünü erməni hesab edən bir insanın 3 milyonluq millət üzərində təcrübə aparmaq hüququ var? Bu yaxınlarda 99 dərmanın sınaqdan keçirildiyi barədə məlumatlar ortaya çıxdı və 40 illik təcrübəsi olan bir həkim kimi bu dərmanları sınamaq barədə kimləsə danışdıqlarını eşitməmişəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam