Ermənistanda koronavirus xəstələrinin sayı artmaqda davam edir.

Yenixeber.org: “Panoram.am” xəbər verir ki, Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə nəzarət və qarşısının alınması üzrə milli mərkəzinin məlumatlarına görə, 24 mart çərşənbə axşamı saat 10:00-a olan məlumata görə, Ermənistanda koronavirus infeksiyası hallarının sayı 235-ə çatıb. Belə ki, yoluxanların sayı 41 nəfər artıb.

Bundan əvvəl, Ermənistanın səhiyyə naziri Arsen Torosyan, Ermənistanda koronavirusa yoluxmuş ilk xəstənin həyat yoldaşının koronavirusu üçün testin mənfi nəticə verdiyini bildirmişdi.

Öz növbəsində, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün yaxşı xəbər gözlədiklərini, karantinaya alınan 70 nəfərin çərşənbə axşamı (14 gün) təcridolunma müddətinin bitəcəyini qeyd edib. Hökumət başçısının sözlərinə görə, testlərin əksəriyyətinin mənfi olacağına, yəni təcrid olunmuşların evə qayıdacağına inanmaq üçün səbəblər var.(aztoday)

Orxan Məmmədli