Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yaponiyada -iki prefekturanın sakinləri leysana görə təxliyə olunacaq

Yaponiyada iki prefekturanın sakinləri leysana görə təxliyə olunacaq

Yaponiyada 200 mindən çox insan şənbə günü təxliyə üçün təlimat alıb.

Yenixeber.org: Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Təlimatı ən yüksək təhlükə səviyyəsinin, başqa sözlə insanların həyatı üçün birbaşa təhlükənin olduğu Kumamoto və Kaqosima prefekturalarının sakinləri alıb.

Son məlumatlara görə, leysan yağışlarından sonra su altında qalan Akisita qəsəbəsində (Kumamoto prefekturası) azı 13 nəfərin itkin düşdüyü bildirilir.

“Kyushu Electric Power” energetika şirkətinin məlumatına görə, güclü yağışlar səbəbiylə Kumamoto prefekturasında təxminən min ev işıqsız qalıb.

Baş nazir Sindzo Abenin ofisində daxil olan məlumatları toplayan və təhlil edən böhran qərargahı yaradılıb.

Yaponiya Milli Meteorologiya İdarəsi ölkənin cənub-qərbində yağışların görünməmiş həcmdə olduğunu qeyd edib. Kumamoto prefekturasının bəzi ərazilərində gün ərzində 479,5 mm yağıntı düşüb.

Yaponiya hökuməti əhalinin təxliyəsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında yerli xilasetmə xidmətlərinə kömək etmək üçün ölkənin cənub-qərbinə 10 min hərbçi göndərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam