Yaponiyada məktəbli avtobusu aşıb, onlarla şagird xəsarət alıb

Yenixeber.org: Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Aomori prefekturasında, Oirase qəsəbəsində baş verib. Qəza zamanı 30-a yaxın məktəbli xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Polis hadisənin başvermə səbəblərini araşdırır.